Əsas səhifə / Əsas menu / Sağlamlıq / İntim münasibətdən əvvəl bunları yemək olmaz
Bizi mobildən daha sürətli  izləyin

İntim münasibətdən əvvəl bunları yemək olmaz

oİntim münasibətdən əvvəl bunları yemək olmaz

Kaliforniyadakı Dərman Mərkəzinin rəhbəri Maykl Hirt evlilikdə cinsi həyatı aktiv saxlamaq və kişilərdə testosteron səviyyəsinin aşağı düşməməsi üçün onların qidalanmasına ciddi fikir verməli olduqlarını açıqlayıb.

Maykl Hirtə görə bəzi qidalar cinsi həyata mənfi təsir edir.

Pendir:

Cinsi əlaqə baş verməzdən əvvəlki saatlarda pendir yemək olmaz. Xüsusilə, inək südündən hazırlanan pendir kişidə testosteron səviyyəsinə mənfi təsir göstərir.

Nanə:

Nanənin tərkibində olan mentol libidonu aşağı salaraq cinsi istəksizlik yaradır.

Qəhvə:

Qəhvənin tərkibində olan kofein bədəni qısa müddətlik enerji ilə təmin etsə də, təsiri keçəndən sonra cinsi istəksizliyə səbəb olur.

Qazlı içkilər:

Kola və soda kimi qazlı içkilərin tərkibindəki dadlandırıcı maddələr bilavasitə kişilərdə xoşbəxtlik hormonu kimi tanınan serotonin səviyyəsinə mənfi təsir göstərir.

Spirt:

Cinsi əlaqə öncəsi spirt qəbul etmək də testosteron səviyyəsini aşağı salaraq istəksizlik yaradır.

Partlamış qarğıdalı:

Xüsusilə, mikrodalğalı sobalarda qızdırılan paketlərdə satılan qarğıdalı çox zərərlidir. Bu paketlərdə olan perfluoroalkil turşular sağlamlığınız üçün təhlükəli olduğu qədər cinsi həyata da mənfi təsir edir. Həmin kimyəvi maddələr cinsi istəksizlik yaradır.

Tort və peçenye:

Dadlı tortlar və şirniyyatların tərkibindəki yağlar testosteronu təzyiq altında saxlayır.


Buna da baxın

Həyat yoldaşınızı dəyişdirməyə çalışmaqdan vaz keçin – 5 səbəb

Whatsapp ilə Paylaş Həyat yoldaşınızın xarakterini dəyişdirməyə çalşımazdan əvvəl bir daha düşünün. Çünki bu baş …