Əsas səhifə / Əsas menu / Gözəllik / İpək kimi yumşaq saçlar üçün sadə maska
Bizi mobildən daha sürətli  izləyin

İpək kimi yumşaq saçlar üçün sadə maska

ipək kimi saçlar üçün sadə üsul

Havanın, istifadə edilən vasitələrin və .s bu kimi xarici təsirlər nəticəsində saçlarımız çox zərər görür. Bunun nəticəsində isə saçlarımız cansız, solğun və parlaqlığını itirmiş bir görüntü qazanır. Bu kimi hallarla qarşılaşmamaq üçün təbii ki, saçlara qulluğu təxirə salmamalı, mütəmadi olaraq tətbiq edilməlidir.

Qadinklubu.com sizlərə bu dəfə ipək kimi yumşaq saçlara sahib olmağın sadə üsulu təqdim edəcək. Bu üsulla parlaq və yumuşaq saçlara sahib olacaqsınız.

Hazırlanması və tətbiqi:

2 x/qaşığı zeytun yağını bir qədər isidin. Əllərinizlə bu yağı saç diblərinə masaj hərəkətləri ilə yayın. İsti suda islatdığınız bir dəsmalı, sıxdıqdan sonra başınıza bağlayın. Dəsmal soyuduqda yenidən bu əməliyyatı iki və ya üç dəfə təkrarlayaraq, saç diblərinin yağı yaxşıca əmməsini təmin edin. Sonra saçlarınızı yuyaraq, yaxşıca durulayın.

Buna da baxın

Saç tökülməsinin qarşısını alan maska

Whatsapp ilə Paylaş Saçlar ətrafın təsiri, istifadə edilən kimyəvi məhsullar və nizamsız qidalanmaq nəticəsində tökülür …