Əsas səhifə / Manşet / İris konfetinin ev şəraitində hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

İris konfetinin ev şəraitində hazırlanması

Tərkibi:

  • 160 ml qaymaq 25-33%-li
  • 1 paket vanil
  • 500 qr şəkər pudrası
  • 160 qr kərə yağı
  • Duz, duru yağ

Hazırlanması:

Sinini yağlayaraq yağlı kağız səririk. Daha sonra kağızı da duru yağla yağlayırırq. Bir qabda qaymaq, vanil və duzu qarışdırırıq. Qarışımı ocağa qoyaraq qaynaya qədərə qarışdıraraq bişiririk. Digər qabı ocağa qoyaraq şəkər pudrasını əlavə edib qarışdıraraq əridirik. Karamel 175 dərəcə olduğunda ocağı söndürüb əvvəlcədən hazırladığımız qaymağlı qarışımı əlavə edərək qarışdırırıq. Daha sonra kərə yağını da əlavə edərək qarışdırmağa davam edirik. Hazır maddəni yağladığımız qəlibə tökürük. Üzərinə də yağlı kağız sərib 3 saat soyuducuda saxlayırıq. 3 saatdan sonra soyuducudan çıxarıb doğrayaraq servis edə bilərsiniz.

Nuş olsun!