Əsas səhifə / Əsas menu / Praktika / İş Sonrası yorğunluğunu aradan qaldırmaq üçün 5 ipucu
Bizi mobildən daha sürətli  izləyin

İş Sonrası yorğunluğunu aradan qaldırmaq üçün 5 ipucu

6c9a42b69f73İş Sonrası yorğunluğunu aradan qaldırmaq üçün 5 ipucu

Hər gün iş çıxışında hiss etdiyniz yorğunluğu aradan qaldırmanın bir neçə yolu var.

Səhərin erkən saatlarında başlayan sıx iş tempi, axşam iş bitiminə qədər heç ara vermədən və sürət kəsmədən davam edir. Hər gün eyni templə çalışdığınızı düşünsək istirahət üçün yalnız həftə sonları qalır.
Sıx bir iş gününün ardından iki cür yorğunluq meydana gələr. Bu bədən yorğunluğu və beyin yorgunluğudur. Ertəsi gün, günə dinc başlayıb bütün günü enerjili keçirə bilmək üçün hər iki yorğunluqdan təmizlənmiş olmaq lazımdır.

* İlıq bir duş gün ərzində sıxılan bütün bədəninizi qısa müddətdə yumşadacaq. Və su ilə birlikdə bütün bədən yorgunluğunuz axıb gedəcək. Ancaq burada diqqət yetirməniz lazım olan bir mövzu var. Sıx günün ardından yorğun düşən bədəniniz üçün bir mükafat olan ilıq Duşların dadını çıxartmaq lazımdır. Tələsik bir şəkildə edilən duşlar sizi dinləndirməz.

* Bitki mənşəli çayların insan mübadiləsində üzərində gözəl bir təsiri var. Yetər ki hansı vəziyyətlərdə hansı çayları içməniz lazım olduğunu bilin. Sıx və stressli bir günün ardından gələn ilıq bir duş və sonrasında isti bir bitki çayı ilə özünüzü yenidən doğulmuş kimi hiss edə bilərsiniz.

* Sıx günlərin ardından sizə qalan böyük bir axşam və gecə var. Bu saatları yaxşı qiymətləndirmək sizi gün içərisində gümrah tutacaq. Sıx tempdən sonra bəzi insanlar daha sakit mühitləri seçərlər. İş çıxışında əgər vaxtınız uyğunsa, açıq havada keçirəcəyiniz bir saat, sizə gümrahlıq qatacaq.

* Sıx çalışan insanlarda yaranan beyin yorğunluğu qaçınılmazdır. İşdən çıxdığınızda belə başınızda və gözünüzün qarşısında rəqəmlər uçuşub durur. Fərqinə varmadan özünüzü bəzi hesablamaların içərisində taparsınız. Bu sizi daha da yorar. Iş bitimində sizə qalan zaman yorğunluğunuzu atmaq üçün bir fürsətdir. Bunu edə bilməniz üçün yoldaşlarla gözəl söhbətlər edin, kitab oxuyun.

* Həftənin son iş günündə yığılan bütün yorğunluğu atmanın ən gözəl yolu isə çöldə zaman keçirmək olacaq. Hazır ertəsi günü iş yoxkən və istədiyiniz qədər yatma şansınız varkən, iş sonrası bu gecəni ən gözəl şəkildə, zovqləriniz istiqamətində qiymətləndirin.

Buna da baxın

Bu qidalar xoşbəxt edir!

Whatsapp ilə Paylaş Özünüzü yorğun, bitkin hiss edir və ən əsası xoşbəxt olmadığınızı düşünürsünüzsə, yediklərinizdə …