Əsas səhifə / Manşet / İşdən qovulacağınızı göstərən əlamətlər
Bizi mobildən daha sürətli  izləyin

İşdən qovulacağınızı göstərən əlamətlər

 

qovvv

İş həyatının nə qədər qəddar olduğunu, hərhalda çox adam olan yerlərdə işləyənlər daha yaxşı bilər. Kariyera planları qurarkən, həmişə böyük şirkətlərdə çalışmağı xəyal edirik. Lakin nəzərə almaq lazımdır ki, belə yerlərdə qapının önünə qoyulmaq da an məsələsidir.

Bəzi siqnallar iş yerinizdə problemlər olduğuna və hər an qovula biləcəyinizə işarədir. Bu əlamətləri hiss edirsinizsə, artıq özünüzə yeni CV hazırlayıb, iş müraciətlərinə başlamalısınız. Qadinklubu.com həmin əlamətləri təqdim edir:

İş saatı

Əgər işə gecikir, vaxtından tez çıxırsınızsa və sistemli çalışmırsınızsa, bu ətrafa pis siqnallar yayırsınız deməkdir. Bəlkə də xəyalınızdakı işi görmürsünüz, lakin unutmayın ki, bu sizin vəzifənizdir. Sizə ayrılan iş saatı üzrə işləməlisiniz.

İş yerində kiminlə daha çox vaxt keçirirsən?

Əgər söhbət etdiyiniz, mütəmadi olaraq vaxt keçirdiyiniz insanın iş əxlaqı xoşagəlməyən və müdirlə olan münasibəti pisdirsə, sizin üzərinizə də eyni damğa vurulacaq deməkdir. Təcili uzaqlaşın!

İclaslarda nə ilə məşğulsunuz?

Əgər iclasları vaxt itirən və sıxıcı hesab edirsinizsə, bu vəziyyət istər-istəməz hərəkətlərinizə və sözlərinizə də təsir edəcəkdir. Eyni zamanda bu hal, sizi işdən uzaqlaşdırmaq istəyən yoldaşlarınızın əlinə də fürsət düşürmüş olacaq.

İşçilərlə aranız necədir?

Müdiriyyətlə və iş yoldaşlarınızla aranız necədir? İnsanlarla sağlam münasibət qura bilirsinizmi? Soyuq və kaprizli insansınız? Hörmət çərçivəsini qurmalısınız. Artıq səmimiyyət, lazımsız zarafatlar iş həyatınız üçün yaxşı əlamətlər deyil. Bunlarla həmin yerdə uzun müddət qalmayacaqsınız.

Aşağı pillələr

İş yerinizdə təmizlikçilərdən tutmuş, sizə çay gətirən xidmətçiyə kimi, ən aşağı pillələrdə çalışan insanlara qarşı sevgi və hörmətlə yanaşmır, özünüzü onlardan yüksəkdə tutursunuzsa, eqonuz çox yüksəkdirsə, bu, bir gün sizin də onlar kimi kənarda qalacaqsınız deməkdir.

 

Xətalar olur

İş yerində hər kəs səhv edə bilər. Bəs, bu səhvlərə münasibətiniz necə olur? Əgər səhvləri şişirdib müdirin diqqətinə çatdırmağa meyillisinizsə, bu qarşınızdakıların xoşuna gəlməz. Mövcüd səhvlərə həll yolu tapmaq, yerindəcə səssiz-səmirsiz həll etmək sizin yaxşı işçi olduğunuzu göstərir.

Göz təması

Biriylə danışarkən onun gözlərinin içinə baxın. Birinin gözlərinə baxmaq, onu diqqətlə dinlədiyinizi göstərir. Əgər bunu etmirsinizsə, həmin şəxslərin sizinlə tezliklə əlaqəsi kəsiləcək.

 

 

Danışa bilirsiniz?

Nə qədər əsəbi olsanız da, təhqir və kobudluq olmadan əlaqə qura bilirsiniz? İşlətdiyiniz kəlimələr sizin mədəni göstəricinizdir. Ən əsəbi zamanlarınızda verdiyiniz reaksiyalar, sizin şəxsiyyətinizdən xəbər verir. Əgər doğru münasibət qura, problemləri danışaraq həll edə bilmirsinizsə, demək ki, siz iş mühitinə uyğunlaşa bilmirsiniz.

 

Məsuliyyət

Əgər bir layihə üzərində işləyərkən bütün diqqətinizi ora vermirsinizsə, lazımi məqamları nəzərə almırsınızsa və üstəlik bu heç də belə deyilmiş kimi davranırsınızsa, bunun qoxusu yaxın zamanlarda çıxacaq. Əlinizdəki işi nə zaman təslim etməli olduğunuzu, məsələnin mahiyyətini dərk edib, işinizə məsuliyyətlə yanaşın.

E-mail

Elektron məktublar müasir dövrdə əlaqə qurmağın ən çox istifadə olunan yoludur. Əgər onları cavablandırmağa gecikirsinizsə, bu da işinizi itirə biləcəyinizi göstərir.

 

Həmkarlar

Digər işçilər və həmkarlarınız haqda nə dediyinizə, onlarla necə danışdığınıza diqqət edin. Başqaları haqda mütəmadi olaraq pis sözlər demək sizi yüksəltməz.

Şəxsiləşdirmək

Əlbəttə ki işiniz həyatınızın bir parçasıdır. Lakin çox da şəxsiləşdirməyin. Bu sizi gərginləşdirəcək və ətrafla münasibətinizə də təsir edəcəkdir. Bu vəziyyətdə sizi qova bilərlər.

 

Mədəniyyət

Təşəkkür etmək, xahiş etmək, “zəhmət olmasa” demək, üzr istəmək, bunlar hamısı münasibətlərdə mədəni bir insan olduğunuzu göstərər. Əlbəttə ki, hər kəs işini görməlidir. Lakin sizin bu kəlimələri istifadə etməməyiniz, kobud bir insan olduğunuzu göstərər. Nəticə olaraq, işiniz təhlükədədir.

 

 

 

Buna da baxın

Ofis işçilərinin diqqətinə: belə qidalanın

Whatsapp ilə PaylaşOfis işçilərinin diqqətinə: belə qidalanın Zamanımızın çoxu iş yerində keçir. Şərtlər çətinləşdiyindən işdə …