Əsas səhifə / Əsas menu / Ana və uşaq / İşləyən anaların qorxusu: “Çatdıra biləcəm
Bizi mobildən daha sürətli  izləyin

İşləyən anaların qorxusu: “Çatdıra biləcəm

yyİşləyən anaların qorxusu: “Çatdıra biləcəmmi?”

Doğuşdan dərhal sonra işə başlayan anaların “yetərli” olma və işə adaptasiya ilə bağlı böyük qorxusu olur.

İşə gedən ananın körpəsini hansı duyğu ilə başqasına əmanət etdiyi vacibdir. Ananın evdən güvənlə ayrılması həm özünün, həm də uşağa baxan şəxsin işini rahatlaşdırır.

Hər bir qadının həyatında körpənin dünyaya gəlişi ilə böyük dəyişikliklər olur. Həyatını davam etdirmək üçün uzun müddət ananın varlığına ehtiyac duyan körpələrinə ən yaxşı şəkildə baxmaq istəyən ana həm fiziki, həm duyğusal olaraq böyük qarışıqlığın ortasında olur.

Ananın hissləri körpənin davranışlarına təsir edir

Körpələr təzə doğulanda çox uzun müddət ananın daşıdığı duyğu ilə yaşayırlar. Ana narahatdırsa, körpə də narahatdır, ana rahatdırsa, körpə də hüzur içində olur.

Ananın işə gedərkən uşağına yetərli vaxt ayıra bilməməsi, körpəsi ilə qurduğu bağın zəifləməsi ilə bağlı narahatlığı, travma yaşayacağı ilə bağlı qorxuları bu dövrü daha da çətinləşdirir.

Fikrin evdə, bədənin işdə olması ruh sağlamlığını məhv edir

İş və ev arasında bölünmüş rolları yaşayan ananın həm, iş həm körpəsi ilə bağlı mükəmməl olma istəyi onun ruh sağlamlığına olduqca mənfi təsir edir.

Ola bildiyi qədər həddində qalın

Yeni analıq dövründə işə dönüş zamanı körpəyə, işə, ev işlərinə, ərinə dair məsuliyyətləri ilə bağlı performans göstərməyə çalışmaq qadını həddən çox tükədir.
Qadınlar “heç nə əskik olmasın”, – deyə düşünməkdənsə olanları qəbul edib “ola bildiyi qədər” həddində qalmağa çalışmalıdır.

Çıxış nöqtəsini ana və körpə arasındakı güclü bağ yaradır

Körpənin dayə ilə münasibəti nə qədər əhəmiyyətli olsa da, anası ilə münasibətinin yerini verə bilməz. Fiziki olaraq ayrı olan ana körpəsini, körpə də anasını ağlında daşıyır. Fiziki olaraq birlikdə olmasalar da, zehni olaraq bir-birilərini düşünmələri aralarında güclü bağın qopmamasına kömək edir.

Ataların da yardımı lazımdır

Ataların da köməyi ilə ailə olaraq hər çətinliyin atından qalxmaq mümkündür. Ananın körpəsi ilə bağlı hər işə təkbaşına girişməsi doğru deyil. Hər məsələdə atanın da yardimi lazımdır.


Buna da baxın

Ağlayan uşaq necə susdurular?! – Video

Whatsapp ilə Paylaş Uşaq səsi hər bir evdən gəlməsi arzu olunan, xoşbəxtlik, sevinc, sevgi bəxş …