Əsas səhifə / Əsas menu / Yemək reseptləri / İspanaqlı börək
Bizi mobildən daha sürətli  izləyin

İspanaqlı börək

???????????????????????????????

İspanaqlı börək

Tərkibi:

-Mal əti -200 qr
-İspanaq -3 dəstə
-Yumurta – 1 ədəd
-Duru yağ -3 x.q
-Duz, istiot
-Qaraçörəkotu
-Küncüt
-Un
-Su

Hazırlanması:

Qaba unu, duzu ,suyu töküb xəmir yoğururuq. Yoğurduğumuz xəmiri üç hissəyə bölüb kündələyib üzərinə dəsmal sərib 10-15 dəqiqə saxlayırıq. Tavaya yağ töküb çəkilmiş əti qovururuq. İspanaqları təmizləyib yuyuruq. Yuduğumuz ispanaqları doğrayıb, qovurduğumuz ətlərin üzərinə əlavə edirik və duz istiot əlavə edib qarışdırırıq. İçlik bişdikdən sonra soyumasını gözləyirik.

Keçək kündələri yaymağa. Birinci kündəni o biri kündələrə nisbətən bir az qalın yayırıq. Qabı yağlayıb yaydığımız yaymanı qabın içinə elə sərməliyik ki, qıraqları kənarda qalsın. Yumurtanı , duru yağı birlikdə çalırıq. Şotka vastəsi ilə yaymamıza yumurtalı qarışıqdan çəkirik. Soyutduğumuz ətli içliyi yaymanın üzərinə yayırıq və ikinci kündəni yayıb yenə ətin üzərinə sərib yumurtalı qarışıqdan çəkib içliyin hamısını üzərinə töküb yayırıq. Üçüncü kündəni yayıb yenə içliyin üzərinə səririk və yumurtalı arıçıqdan çəkirik. Qabın kənarında artıq qalan xəmiri yağlayıb axrıncı sərdiyimiz yaymanın üzərinə qırış formada sərib yenə hər tərəfinə yumurtalı qarışığı çəkirik. Üzərinə qaraçörəkotu , küncüt səpib 170 dərəcəli sobada bişiririk.

Buna da baxın

Çuğundurlu ət şorbası

Whatsapp ilə Paylaş Lazım olan ərzaqlar: mal əti – 300 q çuğundur – 400 q …