Əsas səhifə / Manşet / İspanaqlı gül börəyi
Bizi mobildən daha sürətli  izləyin

İspanaqlı gül börəyi

ssssss

Ərzaqlar

3 ədəd lavaş
3 ədəd kartof (qaynadılmış)
500 qr. ispanaq
1 ədəd soğan
1 dəstə cəfəri
150 qr çəkilmiş ət
1/2 xörək qaşığı tomat
duz
qara bibər, pul bibər
1/2 stəkan duru yağ
1 ədəd yumurta sarısı

Hazırlanması

  • Qaynadılmış kartofu rəndələyin.
  • Soğanı çəkilmiş ət ilə birlikdə yüngülcə qızardın.
  • Yuyulan ispanağı əlavə edib, 2 dəqiqə daha qovurun.
  • Yarım xörək qaşığı tomat, duz və bibərləri əlavə edin.
  • Cəfərini da əlavə 1 dəqiqə daha qovurun.
  • Kartof rəndəsini də əlavə edib qarışdırın.
  • Lavaşları üst-üstə sərib dörd hissəyə bölün.
  • Hər üçbucaq formasında olan parçaya hazırladığımız içlikdən yayın və rulet şəklində bükün.
  • Ruleti öz ətrafında çevirərək yumru şəklə salın.
  • Yağlanmış soba nimçəsinə düzün.
  • 230 dərəcə isidilmiş sobada bişirin.
  • Nuş olsun!

Buna da baxın

Gözəllik, sağlıq və uşaqlarınız üçün soda

Whatsapp ilə Paylaş Arıqlamaq üçün, saçlarınız, dişləriniz, tər probleminiz, mədə probleminiz, burun tıxanıqlığı üçün, körpənizin …