Əsas səhifə / Manşet / İştah azaldan qış şorbası
Bizi mobildən daha sürətli  izləyin

İştah azaldan qış şorbası

iştah azaldan şorba

Tərkibi: (4 nəfərlik)

2 çay qaşığı zeytun yağı

1 orta boy soğan

1 çay qaşığı duz

2 diş sarımsaq

2 çay  qaşığı rəndələnmiş təzə zəncəfil

1 kq kök

1 ədəd kartof

6 stəkan su

8 ədəd qoz

1 su stəkanı qatıq

cəfəri

1 çay qaşığı pul bibər

Hazırlanması: Zeytun yağında doğranmış soğanı qovurun. Üzərinə rəndələnmiş zəncəfil, duzu və əzilmiş sarımsağı əlavə edərək, 2 dəqiqə də qovurun. Yuyulmuş, soyulmuş və kub formada  doğranmış kök və kartofu əlavə edin. Daha sonra suyunu əlavə edin. İyirmi beş dəqiqə qədər ərzaqlar yumşalana qədər  orta atəşdə bişirməyə davam edin. Bişdikdən sonra blenderdən keçirin. Bir qabda qatıq, pul bibər və incə doğranılmış cəfərini qarışdırın. Qozları xırdalayın. Qatıqlı qarışığı və qozları əlavə edib, yaxşıca qarışdırın.

Nuş olsun!

 

Buna da baxın

Bu təbii qarışığı içən qocalmır – Şok

Whatsapp ilə Paylaş Müxtəlif qədim Şərq mənbələrində bu qarışıq cavanlığı və sağlamlığı qoruyan, insana güc …