Əsas səhifə / Manşet / İştahı azaldan 5 qida
Bizi mobildən daha sürətli  izləyin

İştahı azaldan 5 qida

İştahı azaldan 5 qida

Yumurta

Ən əhəmiyyətli zülal qaynaqlarından biri olan yumurtanın uzun müddət toxluq hissi verdiyi və kalorisinin aşağı olduğu elmi araşdırmalarla sübut edildi! Səhər yeməklərində bir ədəd qaynadılmış, ya da az yağla bişirilmiş yumurta ilə həm aclıq hissindən xilas ola, həm də gündəlik zülal ehtiyacınızı sağlam yoldan qarşılamış olarsınız.

Yaşıl çay

Bədəninizin zəhərli maddələrdən təmizlənməsini, hüceyrələrinin yenilənməsini təmin edən yaşıl çay, bədəninizin maddələr mübadiləsini artırır, yağ yanmasını təmin edir və uzun müddət özünüzü tox hiss etməyinizə kömək olur. Gündə 1-2 fincan yaşıl çay içərək, özünüzü həm enerjili hiss edəcək, həm də artıq çəkilərdən xilas olacaqsınız.

Badam

Vitamin, mineral, baxımından zəngin olan olan badam tox qalmağınızı, sağlam dəri və saçlara sahib olmağınızı təmin edir və eyni zamanda omega-3 yağ turşuları nəticəsində ürəyinizin sağlamlığını qoruyur. Elmi araşdırmaların nəticələrinə görə, nizamlı olaraq gündə 5-6 ədəd badam yemək daha asan kilo verdiyini təsdiq etmişdir.

Sirkə

Bədən sağlamlığından gözəlliyə, kilo verməkdən ev təmizliyinə qədər bir çox mövzuda möcüzələr yaradan sirkə, iştah kəsməyə və uzun müddət özünüzü tox hiss etməyinizə də kömək olur! Sirkənin içində olan sirkə turşusu, mədənin həzm sürətini yavaşladır və bunun nəticəsində daha uzun müddət tox hiss etməyinizi təmin edir. Salatlarınıza, yeməklərinizə sirkə əlavə etməklə həm ləzzət, həm sağlamlıq qatın!

Darçın

Nəfis qoxusuyla duyğularınızı hərəkətə keçirən və enerji verən darçın, elm adamlarının marağını çəkdi və üzərində ətraflı araşdırmalar edildi! Elmi araşdırmaların nəticələrinə görə darçın, aclıq hissinə səbəb olan qan şəkərinin sürətli yüksəlib düşməsini nizamlayır və buna görə də uzun müddət tox hiss etməyinizi təmin edir. Bir neçə dilim almanın üzərinə darçın səpib, aclıq hiss etdiyinizdə çəkinmədən yeyin. Həm tox qalacaqsınız, həm də kilo verəcəksiniz.

Buna da baxın

Yatarkən belə arıqladan içki

Whatsapp ilə Paylaş Artıq havaların isinməsi  ilə artıq çəkilərdən xilas olmaq da şərt oldu.   …