Əsas səhifə / Əsas menu / Sağlamlıq / İsti çay ömrü uzadır
Bizi mobildən daha sürətli  izləyin

İsti çay ömrü uzadır

ist

Yeməklərdən sonra isti çay, ya da su içmək insanı ürək və beyin-damar xəstəliklərindən qoruyur. Həm də bir çox ölkələrdə də yeməklərdən sonra çay içmək bir adətdir.

Çinlilər və yaponlar yeməkdən sonra soyuq su deyil, isti çay içirlər. Belə ki, yeməklərdən sonra su, qazlı sular, ayran və buna bənzər soyuq içkiləri içmək orqanizmdə damar xəstəliklərinin (infarkt, beyin-damar xəstəlikləri kimi) yaranmasına səbəb olur. Damarlar nə qədər təmiz olarsa, toxumaların qidalanması da o qədər mükəmməl olur. Toxumalar nə qədər yaxşı qidalansa, orqanizm də o qədər sağlam olar və ömür uzanar. Bu səbəbdən də yeməkdən sonra isti çay içmək mədə və bağırsaqda yağların tam əriməsinə və damar divarlarına yapışmadan enerji molekulları halında toxumalara daşınmasına səbəb olur. İçilən çay isə açıq, ya da ən çox normal rəngdə olmalıdır, çox tünd çay içmək zərərlidir.

Demək ki, yeməkdən sonra açıq ya da azacıq isti çay içmək ömrü uzadır, yaşlanmanı və artıq irəliləyən yaşlarda müşahidə edilən yüksək təzyiq, ürək, damar və yaddaş pozğunluğu kimi xəstəlikləri də olduqca azaldır.

Qeyd: Gecə yatmazdan öncə çay içmək tövsiyə olunmur. Çünki tərkibindəki kofein sayəsində yuxu pozğunluğu yaranır. Buna görə də yatmazdan öncə mütəxəssislər isti çay yerinə yağsız, isti süd içməyi məsləhət görür.

Buna da baxın

Şirinbiyan kökünün faydaları

Whatsapp ilə Paylaş Şirinbiyan kökü çayı 3 stəkan suya 3 çay qaşığı Şirinbiyan kökü qarışdırıb, …