Əsas səhifə / Manşet / İlıq su içməyin faydaları
Bizi mobildən daha sürətli  izləyin

İlıq su içməyin faydaları

h

Əgər artıq çəkili olduğunuzu düşünürsünüzsə maddələr mübadilənizi sağlam bir şəkildə mühafizə etmək üçün isti suyun sizə inanılmaz köməyi olacaq.

Bunu bacarmaq üçün günə içinə bir az limon sıxılmış isti su içərək başlayın. Maddələr mübadiləsinin sürətləndirməsindən əlavə isti su yağ toxumasının parçalanmasına da köməkçi olacaq.

Burun və boğazın təmizlənməsi

İsti su içmək soyuqdəymələr, öskürək və boğaz ağrısı üçün mükəmməl bir təbii üsuldur. Bəlğəmi həll edir və bədəndən atılmasını asanlaşdırır. Boğazı rahatlaşdırır, həmçinin burun tutulmasınının aradan qaldırılmasında də köməkçi olur.

Regl sancıları

İsti su regl sancılarının azaldılmasına köməkçi olur. Suyun istiliyinin qarın əzələlərinin üzərində sakitləşdirici təsiri vardır ki, bu da sıxılmaları və spazmı azaltmağa kömək edə bilər.

Detoks

İsti su detoks mövzusunda inanılmaz bir köməkçidir. İsti su içdikdə bədən istiliyiniz yüksəlməyə başlayır bu da tərləmənizə səbəb olur. Bu olmasını istədiyimiz bir şeydir, çünki toksinlərin bədənimizdən atılmasına köməkçi olur. Ən yaxşı nəticə üçün, içmədən əvvəl suya bir miqdar limon sıxın. Toksinləri bədənimizdən uzaqlaşdırmaq istəyəninin bir səbəbi vardır: toksinlər sizi daha sürətli yaşlandırar. İsti su içmək elastikliyi azalmış dəri hüceyrələrinin özlərini yeniləməsinə köməkçi olur beləcə dəriniz daha gənc və yumşaq görünür.

Sızanaqlar və qara nöqtələrin qarşısının alınması

İsti su bədəninizi dərininə təmizləyər və sızanaq meydana gəlməsinin əsas səbəblərini ortadan qaldırar.

Sağlam və canlı saçlar

İsti su içmək ayrıca yumşaq və parlaq saçlara sahib olmaq üçün də idealdır. Saç köklərindəki sinir uclarına enerji verir və bunları aktiv hala gətirir. Bu saçlarınızın təbii canlılığını geri qazanmasında və sağlam görünməsində təsirlidir.

Daha çox saç!

İsti su içərək saç köklərinizi qidalandırmanın bir başqa müsbət təsiri də saçlarınızın çoxalması və daha sağlam uzanmasıdır.

Kəpəyin qarşısını almaq

İsti su saç dərisinin nəmləndirər eyni zamanda dərinin qurumasının və kəpək əmələ gəlməsinin qarşısını alar.

Daha çox qan dövranı və daha sağlam bir sinir sistemi
İsti su içməyin bir başqa əhəmiyyətli faydası isə əzələlərinizin və sinir sisteminizin düzgün fəailiyyəti üçün əhəmiyyətli olan qan dövranını artırmasıdır. Bundan əlavə, ətrafında yağ yığınlarını parçalayaraq sinir sisteminizin daha sağlam işləməsinə kömək edir.

Həzm

İsti su xüsusilə həzm üçün çox faydalıdır. Araşdırmalar yemək vaxtı və ya yeməklərdən sonra soyuq su içilməsinin alınan qidalardakı yağı sərtləşdirdiyini sübut etmişdir. Bu bağırsaqlarınızın daxili divarlarında yağ yığınları meydana gətirərək bağırsaq xərçənginə yol aça bilər. Bununla belə, içdiyiniz bir stəkan soyuq suyu isti su ilə dəyişdirsəniz bu problemlə qarşı-qarşıya qalmazsınız. Ayrıca isti su yeməklərdən sonra yaşanan həzmsizlik problemlərinə da yaxşı təsir göstərir.

Bağırsaq hərəkətləri

İsti su bağırsaqlarınızı düzgün və sancısız fəaliyyətinə köməkçi olur. Susuzluq xroniki qəbizlik problemlərinə yol aça bilər. Hər gün səhərlər boş mədəyə bir stəkan isti və ya ilıq su içilməsi məsləhətdir. Bu su bağırsaqlarınızda olan hər hansı bir qalığı həll edir və bağırsaqlarınızın daha düzgün və ağrısız işinə köməkçi olur.

Buna da baxın

Qara nöqtələrdən qurtulmağın yolları

Whatsapp ilə Paylaş Dəri nə qədər təmizsə qadın o qədər gözəldir. Amma meydana gəlməsi çox …