Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Soyuq su ilə yaxalanmağın faydaları
Bizi mobildən daha sürətli  izləyin

Soyuq su ilə yaxalanmağın faydaları

14474944700.68016600

Duş aldığımız zaman bir anda buz kimi suyun üzərimizə axdığı anlar olur.  Bu soyuq su dalğasının yaratdığı şok təsiri ilk mərhələdə narahat edici gələ bilər, amma araşdırmalara görə, isti suyla yuyunduqdan sonra qısa bir müddətə bədəndə soyuq su ilə bu təsiri yaratmağın olduqca faydası var. Soyuq su deyərkən, buz kimi axan suyu deyil, yüngül ilıq suyu nəzərdə tuturuq əlbəttə.

Hər insanın bədən istiliyinə görə bir su dərəcəsi var. Bu kimilərinə görə isti, kimilərinə görə ilıq, kimilərinə görə soyuğa yaxın ilıq ola bilər. Yaxşı, bəs, hansı daha sağlamdır?

İsti suyla yuyunmağın faydaları:

  • Əzələləri boşaldır. İsti su əzələlərin  elastik olmasını təmin edir, sizi rahatlaşdırır.
  • İsti suyla yuyunmaq yuxusuzluğa yaxşı gəlir. Yatmadan əvvəl duş almaq daha asan yuxuya getməyinizə səbəb olar.
    -Təzyiqi salır. Bundan əlavə,  diabet xəstələrinin qandakı şəkər səviyyəsini düzəltdiyi də elmi araşdırmalarla sübut edilmişdir.
  • Miqreni olanlara yaxşı təsir edir, baş ağrısını azaldır.
  • İsti suyla yuyunmaq daha çox təmizlik və gigiyena deməkdir. Yüksək istilikdə bakteriyalar daha asan ölür. Bu səbəblə isti suyla yuyunmaq məsamələri açır və dərinizi təmizləyir.
  •  İsti su tənəffüs yollarınızı açılmasını təmin edər.

Soyuq suyla yuyunmağın faydaları:

  • İmmunitet sistemini gücləndirir, soyuq dəymənin qarşısını alır.
  • Oyaq qalmağa köməkçi olur. Günə soyuq duşla daha sürətli başlayar və daha tez oyanarsınız.
  • Soyuq suyla yuyunmaq maddələr mübadiləsini sürətləndirir. Bundan əlavə,  kişilərdə testosteron hormonunun daha yaxşı işləməsinə kömək edir.
  • Zehninizi boşaltmağa köməkçi olur. Soyuq duş endorfini çoxaldır və depresiyanı azaldır. Dərini canlandırır və saç tökülməsinin qarşısını alır.

 

Qadinklubu.com

Buna da baxın

Ayağın altına yapışdırın və möcüzə təsiri görün

Whatsapp ilə Paylaş  Gün ərzində yorğunluqdan sonra ayaqlardakı ağrılardan əziyyət çəkirsinizsə, evdə tətbiq edəcəyiniz adi …