Əsas səhifə / Əsas menu / Yemək reseptləri / İstidən limonadla xilas olun!
Bizi mobildən daha sürətli  izləyin

İstidən limonadla xilas olun!

uİstidən limonadla xilas olun!

Yayda içkilər bizim xilasedicilərimizə çevrilirlər. Bizi istidən xilas edib sərinlədən içkilərdən biri də limonaddır.

Lazım olan ərzaqlar:

1 ədəd portağal
3 ədəd limon
4-5 xörək qaşığı şəkər tozu
700 ml. su
350 ml. qazlı su

Hazırlanması:

Limonların və portağalın qabığını soyub bir qaba doğrayın. Üzərinə şəkəri əlavə edin. Daha sonra üzərinə qaynanmış suyu əlavə edib soyumasını gözləyin. 5-6 saat soyuducuda saxlayın.

Soyuduqdan ələkdən keçirib suyunu çıxarın.

Meyvələrin suyunun üzərinə qazlı suyu əlavə edib qarışdırın.

Limonadınız hazırdır.

Nuş olsun!


Buna da baxın

Axtarış rekordu qıran, qırışları, ləkələri, sızanaqları, qızartıları yox edən çin maskası

Whatsapp ilə Paylaş Çin maskası bal nişasta, duzdan ibarət olub, dəri tonunu açır, hamarlaşdırır, nəmləndirir …