Əsas səhifə / Manşet / İstiqac nədir və ondan necə yararlanaq?
Bizi mobildən daha sürətli  izləyin

İstiqac nədir və ondan necə yararlanaq?

l
Çoxlarının “qrelka” kimi tanıdığı istiqaclardan daha çox soyuq aylarda əmələ gələn xəstəliklərdə istifadə olunduğu hamıya məlimdur.
Lakin istiqacların məhz qan dövranını tənzimləyərək bir çox xəstəliklərin müalicəsi zamanı tətbiq olunduğunu çox az adam bilir. İstiqaclar saya əzələsinə reflektor təsir göstərərək, onu boşaldır, daxili orqanların qanla təmin edilməsini gücləndirir, ağrıkəsici və iltihaba qarşı sorucu təsir göstərir.

İsitqacın tətbiq edilməsində yüksək səmərənin əldə olunması həm isitqacın temperaturundan, həm də saxlanılma müddətindən asılıdır.

İsitqaclardan aşağıdakı məqsədlər üçün istifadə olunur:

  • Bütün bədənin və onun ayrı-ayrı sahələrinin isidilməsi üçün;
  • qarın boşluğu orqanlarının xroniki xəstəliklərində sancı xarakterli ağrılar zamanı (xroniki qastrit, kolit, fəsadlaşmamış mədə və onikibarmaq bağırsağın xorası);
  • hipertonik kriz zamanı;
  • bəzi xroniki iltihab ocaqlarının sorulması zamanı.

İlk baxışda zərəsiz görünən istiqaclardan həmişə istifadə etmək olmaz. Aşağıdakı hallarda isitqacların təyin olunması əks göstərişdir:

  • Kəskin iltihabi proseslər (“kəskin qarın” qrupu cərrahi xəstəlikləri);
  • Qanaxmalar;
  • Əzilmələr (ilk saatlarda və sutkalarda).

İstiqacların tətbiqi qaydası:

İsitqaclar çox zaman düzbucaqlı formada, vint kimi burulan tıxaclı rezin torbalar şəklində olur. Rezin isitqaca yarıya qədər, yaxud bir az çox isti su tökürlər. Tıxacı burub bağlamamışdan əvvəl torbanın havasını sıxışdırıb çıxarırlar ki, həm yastı şəkil alsın, həm də bədənə yaxşı yatsın.

İsitqacı birbaşa dəri səthinə qoymaq olmaz. Onu dəsmala büküb, yaxud adyalın üstündən qoyurlar.

Yanıqlar baş verməsin deyə aşağıdakı qaydalara əməl etmək lazımdır:

  • İsitqacı istifadə etməzdən əvvəl ağzı aşağı çevirərək su sızıb-sızmamasını diqqətlə yoxlayırlar.
  • Hissiyatı azalmış xəstələrə və uşaqlara böyük ehtiyatla, çox da isti olmayan isitqaclar qoymaq lazımdır.
  • Əgər isitqac hər dəfə eyni nahiyəyə qoyularsa, piqmentasiyanın qarşısını almaq üçün həmin nahiyyənin dərisinə vazelin çəkmək lazımdır.

Buna da baxın

Baş ağrısına qarşı təbii ağrıkəsicilər

Whatsapp ilə PaylaşBaş ağrısına qarşı təbii ağrıkəsicilər Yorğunluq və ağrılar gündəlik həyatda sizə mane olursa …