Əsas səhifə / Manşet / Jalüz pərdələrin təmizlənməsi
Bizi mobildən daha sürətli  izləyin

Jalüz pərdələrin təmizlənməsi

jaluz perdelerin temizlenmes

Ümumiyyətlə jalüzlər əslində gizli toz mərkəzləridir. Tez-tez açılıb bağlandığı üçün çirklənmədiyini düşünə bilərsiniz, amma həqiqət fərqlidir. Jalüzlərin təmizliyinə xüsuslə diqqət edilməlidir.

Qadınklubu.com olaraq bu dəfə sizlərə jalüzlərin sadə şəkildə təmizləmək qaydasını təqdim edəcəyik.

Jalüz asan bir şəkildə necə təmizləmək olar?

1. Tozunu alın

Əvvəl jalüzi endirin və məsamələrdəki  tozunu alın. Bunun üçün bir  bez ya da tozsorandan  istifadə edə bilərsiniz.

2.Təmizləmək

Bərabər miqdarda su və sirkəni qarışdırın. Bir sprey şüşəsinin içinə doldurun və jalüzilərin üzərinə sıxın. Əgər jalüzilər çox çirklidirsə onda, spreyə 1/4 çay qaşığı nisbətində yuyucu toz da əlavə edə bilərsiniz. Köhnə pambıq corabı əlinizə keçirin və jalüzlərin aralarını əlinizlə silin. Köhnə corab tapa bilmirsinizsə, bez də istifadə edə bilərsiniz. Jalüz üzərindən bütün kir və tozların asanlıqla çıxdığını görəcəksiniz.

3. Pəncərə və çərçivələr

Jalüzilərin təmizlənməsindən sonra son mərhələni tamamlayın. Jalüziləri yuxarı qaldırın. Hazırladığınız qarışımı  pəncərənin çərçivəsinə də sıxın. Beləcə pəncərədəki bütün kir və tozları yox etmiş olacaqsınız.

Buna da baxın

Qarışqalardan xilas olmaq üçün praktik üsullar

Whatsapp ilə PaylaşHavalar istiləşdikcə evdə qarışqalar da meydana çıxar. Mətbəxdə, salonda hər yerdə qarışqalara rast …