Bizi mobildən daha sürətli  izləyin

JÜLYEN

j

Tərkibi:

1 paket şampinyon göbələk

400 qr toyuq (sinə əti)

1 baş soğan

300 qr holland pendiri

200 qr xama

Hazırlanma qaydası:

Çox incə doğranmış toyuq soğanla birlikdə tavada yağsız qovrulur. Sonra təmizlənib incə doğranmış göbələklər də əlavə edilir.

Tam suyunu çəkib yağa düşəndə üzərinə xama, duz, istiot, az sarıkök qatıb qovrulur. Yağa düşüb qızaranda sobaya dayanıqlı qablara yığıb üzərinə holland pendiri əlavə olunur.

Sobada pendir əriyib azca qızaranadək qalır.

Hazır olandan sonra üzərinə göy soğan əlavə edilir.

Buna da baxın

Bulkada jülyen – FOTO

Whatsapp ilə PaylaşBulkada jülyen – FOTO Bulkada jülyen hazırlamağın qaydasını təqdim edirik Adi, orijinal in …