Əsas səhifə / Manşet / Kələmli bulku
Bizi mobildən daha sürətli  izləyin

Kələmli bulku

Tərkibi:

  • 200 qr kələm
  • 500 qr un (3 st)
  • 1 ç/qaşığı duz
  • 1 x/qaşığı şəkər tozu
  • 1 ç/qaşığı maya
  • 3 x/qaşığı duru yağ

Hazırlanması:

Kələmi incə-incə doğradıqdan sonra üzərinə şəkər tozu və duzu əlavə edərək qarışdırın. 1 stəkan ilıq su əlavə edərək üzərini örtərək yarım saat gözlədirik. Ələkdən keçirilmiş una maya əlavə edirik. Üzərinə kələmi əlavə edib yumşaq xəmir yoğururuq. Xəmiri yoğuraraq duru yağ əlavə edirik. Xəmirin üzərini örtərək 2 saat gözlədin. Bir qədər də yoğuraraq daha 15 dəqiqə gözlədin. Xəmiri kiçik hissələrə bölərək kündələr hazırlayın. Yağlı kağız üzərinə düzərək üzərini örtüb 30-40 dəqiqə gözlədin. Bulkuların üzərinə çay dəmi çəkərək əvvəlcədən isidilmiş 220 dərəcəlik sobada 20 dəqiqə bişirin. Bulkular soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!