Əsas səhifə / Əsas menu / Gözəllik / Kəpək probleminizi həll edin
Bizi mobildən daha sürətli  izləyin

Kəpək probleminizi həll edin

Kəpəkli-saçlar-üçün-bitki-tərkibli-maskaKəpək probleminizi həll edin

Kəpək problemi, görünüş etibarilə estetik deyil və insanın sosial həyatına mənfi təsir edə bilər. Sizi bu ağ kabusdan xilas etmək üçün təsirli üsullar təqdim edirik:

Aspirin

Kəpək probleminizə son vermək üçün aspirin istifadə edə bilərsiniz. 2 ədəd aspirini toz halına gətirib, saçınızı yuyarkən istifadə etdiyiniz şampuna əlavə edin. Şampunu saçınızda 1-2 dəqiqə gözlətdikdən sonra yaxşıca yuyun. Ardından adi bir şampunla təkrar saçlarınızı yuyun.

Qabartma tozu və karbonat

Saçlarınızı isladıb, bir ovuc dolusu qabartma tozu ilə saç dərinizi yaxşıca ovxalayın. Ardından saçlarınızı yaxşıca durulayın. Bu əməliyyatı, saçlarınızı hər yuduğunuzda edə bilərsiniz, lakin yalnız qabartma tozu və ya karbonat istifadə etməlisiniz. Sonrasında saçlarınızı şampunla yuyun. Əvvəllər saçlar bir az quruya bilər. Ancaq, bir neçə həftə sonra saç dərisi təbii yağlar çıxaracaq və saçlar daha yumşaq olacaq. Saç dərisi də quru olmaqdan xilas olacaq.

Limon

Kəpəklər saç dərisinin qaşınmasına da səbəb ola bilər. Qaşıntıdan və kəpəkdən xilas olmaq üçün həlli limonda tapa bilərsiniz. Yalnız saç dərinizi iki yemək qaşığı limon suyu ilə masaj edib, sonra yuyun.

Duz

Süfrə duzu ilə saçları masaj edərək kəpəklərdən xilas ola bilərsiniz. Duşdan əvvəl quru saça bir miqdar duz səpib masaj edin. Duz, quru və cansız olan saç dərisini sakitləşdirir və saçı  şampun ilə yumaq üçün hazırlayır.

Sirkə

Kəpəkdən xilas olmağın bir digər yolu isə sirkədir. Hər şampunun ardından, 2 fincan soyuq suya 2 fincan alma sirkəsi əlavə edib,saçınızı bununla durulayın. Eyni zamanda, saçınızı şampunla yumamışdan əvvəl saçınıza birbaşa 3 yemək qaşığı sirkə vura bilərsiniz.

Buna da baxın

Evdar xanımlar mütləq bilməlidir ki…

Whatsapp ilə Paylaş 1) Sobanıza hopmuş pis yemək qoxuları üçün; yemək bişirməmişdən əvvəl sobanıza yarısı sirkə …