Əsas səhifə / Manşet / Kərə yağından fərqli istifadə üsulları
Bizi mobildən daha sürətli  izləyin

Kərə yağından fərqli istifadə üsulları

Kərə yağından fərqli istifadə üsulları

Makiyaj silmək: Bir kiçik pambığa bir qədər kərə yağ sürtərək rahatlıqla makiyajınızı silə bilərsiniz.

Ləkə çıxarmaq:  Saqqız yapışan yeri bir qədər kərə yağı ilə ovun, saqqız rahatlıqla çıxacaqdır.

Dərmanları rahat udmaq: Bəzən dərmanı udmaq bir çoxları üçün çətinlik yaradır. Nə etsələr də boğazlarında ilişib qalır. Belə problemlə qarşılaşırsınızsa əgər dərmanının üzərinə bir qədər kərə yağın çəkin, olduqca rahat dərman qəbul edəcəksiniz.

Daha rahat kəsin: Əgər tort kəsərkən tortun qırıntıları bıçaqa yapışaraq problem yaradırsa, tortu kəsməmişdən əvvəl bıçağın kənarına bir qədər kərə yağı çəkin.

Əllərdəki qoxudan xilas olun: Balıq qoxusu kimi çətin çıxan qoxulardan xilas olmaq üçün əllərinizi əvvəlcə bir qədər kərə yağı ilə ovun, daha sonra isə sabunla durulayın.

Yanıqlar üçün: kiçik yara izləri və yanıq müalicəsində kərə yağının təsiri yüksəkdir.

Pişiklərin öyrəşdirilməsi: Pişiklər yeni mühitə çətinliklə öyrəşirlər. Ona görə də pişiyin ön pəncəsinə kərə yağə çəkin. Pişiklər kərə yağını çox sevir. Belə olan halda həmin yerə daha tez öyrəşəcəklər.

Pendiri daha çox saxlamaq: pendirin üzərinə az miqdarda kərə yağı çəksəniz, daha uzun müddət xarab olmadan qalacaqdır.

Qaynayarkən daşmağın qarşısını almaq: Su qaynadarkən bir qədər kərə yağı əlavə etməklə suyun daşmasının qarşısını ala bilərsiniz.

Üzük çıxartmaq: üzük əgər əlinizdən çıxmırsa, kərə yağı ilə üzük olan nahiyyəni masaj edin. Daha rahat çıxacaqdır.

Qırılan dırnaqlar:Kərə yağını dırnaqlarınıza çəkərək masaj edin. Qırılmağın , dırnaqların incəlməsinin qarşısını alır.

 Sabun əvəzi:Üz qırxan sabunu əvəzinə kərə yağı istifadə edə bilərsiniz.

Əlləri yumşaltmaq: Qışda soyuqda əllər daha tez quruyur. Bunun qarşısını almaq üçün kərə yağı ilə masaj edərək, əllərinizi nəmləndirə bilərsiniz.

Saç kremi: Həftədə bir dəfə kərə yağı maskası ilə daha parlaq və güclü saçlara sahb olun. Sadəcə saç dərisindən başlayaraq saçlarınızı masaj edib, 15-20 dəqiqə gözlədin. Daha sonra normal qayda ilə durulayın.

Yarım soğanı xarab olmadan saxlamaq:Kərə yağını nazik bir təbəqə şəklində kəsilmiş soğana sürtün. növbəti istifadəyə qədər həm kiflənməyəcək, həm də qurumayacaqdır.

 

Buna da baxın

Qarpız peçenyesi

Whatsapp ilə PaylaşTərkibi: ¾ fincan kərə yağı ¾ fincan şəkər tozu 1 yumurta ½ qaşıq …