Əsas səhifə / Əsas menu / Sağlamlıq / Kəskin istilərin pis təsirindən qoruyan qidalar
Bizi mobildən daha sürətli  izləyin

Kəskin istilərin pis təsirindən qoruyan qidalar

f

Kəskin istilərin pis təsirindən qoruyan qidalar

Türkiyənin tanınmış sağlam qidalanma mütəxəssisi Məlikə Şeymuz Dəniz isti havalarda bədəni rahatlaşdıran qidaların adlarını açıqlayıb.

Onun sözlərinə görə, bu qidalar orqanizmi istinin pis təsirindən qoruyur.

Çiyələk

Yay aylarında çiyələyi tək, qatıqla qarışdıraraq və ya smuzi edərək yeyə bilərsiniz. Hər üç halda bədəni sərinləşdirir. Smuzi hazırlamaq üçün yarım stəkan süd, yarım stəkan qatıq, 7-8 çiyələk və buz lazımdır.

Pərpərən

Ürəyin dostu olan pərpərən lif, vitamin və mineral tərkibi ilə bədəni istidən qoruyur və sərinlik gətirir.

Xiyar

Lifli tərəvəz olduğu üçün toxluq hissi verir. Bundan başqa, tərkibinin yarısından çoxunu su təşkil etdiyi üçün susuzluq hissini azaldır. Xiyarın bu xüsusiyyətlərini nəzərə alaraq onu süfrənizdən əskik etməyin. Yaxud, sadə mineral su və ya ayrana əlavə edərək təbii sərinləşdirici hazırlaya bilərsiniz.

Mineral su

Mineral su mineral itkisinin qarşısını alır. Yay aylarında olduqca təsirlidir, ancaq yüksək təzyiqi və mədə problemi olanlar həkim tövsiyəsi olmadan içməməlidirlər.

Qarpız

Qan təzyiqini tənzimləyən qarpız yayda ən çox yeyilən giləmeyvədir. Kalium və lif baxımından zəngin olduğu üçün həzm sistemini yaxşılaşdırır. Qarpızın da tərkibinin əsas hissəsi su olduğu üçün bədənə rahatlıq verir. Yay aylarında gündə 3-4 kiçik dilim qarpız yemək tövsiyə olunur.

Nanə

Nanə ürəkbulanmasına qarşı çox faydalıdır. Sakitləşdirici təsirə malikdir. Buz və nanə əlavə olunmuş bir stəkan ayran sərinləmək üçün ən ideal yay içkisidir.

Qatıq

Kalsiumla zəngin olan qatıq həm sümükləri gücləndirir, həm də metabolizmin daha sürətli işləməsinə yardım edir. Sərinləşdirici xüsusiyyəti sayəsində isti havaların təsirindən yaranmış baş ağrılarını aradan qaldırır.

Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …