Bizi mobildən daha sürətli  izləyin

KƏSMİKLİ KÖKƏLƏR

Rus dilində “сырники” deyilən bu kəsmikli kökələri səhər yeməyinə hazırlaya bilərsiniz. Uşaqlar üçün də çox xeyirlidir. Hazırlanması çox vaxt və zəhmət tələb etmir.

Tərkibi:

-500 qr kəsmik
-2 yumurta
-4-5 xörək qaşığı şəkər tozu
-şəkərli vanilin 1 çay qaşığı
-100 qr un
-qızartmaq üçün bitki yağı
-bir çimdik duz

Hazırlanması:

Kəsmiyi çəngəl ilə yaxşı əzin və ya blenderdə xırdalayın. Yumurtaları, şəkər tozu, vanilin və bir çimdik duz əlavə edib yaxşı qarışdırın.

4376720_orig

Unu da əlavə edib qarışdırın.

3114757_orig

Qaşıq ilə kəsmikli xəmirdən götürüb əlinizlə forma verin. Əlinizə yapışmaması üçün əlinizi su ilə islada bilərsiniz.
Forma verdiyiniz kökələrin hər tərfini una batırın.

5984400_orig

8118035_orig

Tavada bir az bitki yağı qızdırıb kökələri düzün və qapağı bağlı şəkildə az odda hər iki üzünü qızardın.

nbv

Süfrəyə xama ilə və ya istədiyiniz başqa sousla verə bilərsiniz.

 

reüq

Nuş olsun!

Buna da baxın

Kəsmikli kökələr

Whatsapp ilə PaylaşKəsmikli kökələr Rus dilində “сырники” deyilən bu kəsmikli kökələri səhər yeməyinə hazırlaya bilərsiniz. …