Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Kəsmikli kökələr
Bizi mobildən daha sürətli  izləyin

Kəsmikli kökələr

Kəsmikli kökələr

kuli

Rus dilində “сырники” deyilən bu kəsmikli kökələri səhər yeməyinə hazırlaya bilərsiniz. Uşaqlar üçün də çox xeyirlidir. Hazırlanması çox vaxt və zəhmət tələb etmir.

Lazım olan ərzaqlar:

500 qr kəsmik
2 yumurta
4-5 xörək qaşığı şəkər tozu
şəkərli vanilin 1 çay qaşığı
100 qr un
qızartmaq üçün bitki yağı
bir çimdik duz

k2
Kəsmiyi çəngəl ilə yaxşı əzin və ya blenderdə xırdalayın. Yumurtaları, şəkər tozu, vanilin və bir çimdik duz əlavə edib yaxşı qarışdırın.
k3
Unu da əlavə edib qarışdırın.
k4

Qaşıq ilə kəsmikli xəmirdən götürüb əlinizlə forma verin. Əlinizə yapışmaması üçün əlinizi su ilə islada bilərsiniz.
Forma verdiyiniz kökələrin hər tərəfini una batırın.
k5
k6

Tavada bir az bitki yağı qızdırıb kökələri düzün və qapağı bağlı şəkildə az odda hər iki üzünü qızardın.
k7

Süfrəyə xama ilə və ya istədiyiniz başqa sousla verə bilərsiniz.
kuli

Nuş olsun!

Buna da baxın

Qadın orqanizmi üçün kəsmik…

Whatsapp ilə Paylaş Qadın orqanizmi üçün kəsmik… Kəsmik dietik məhsul sayılıb, yalnız kulinariyada deyil, həmçinin …