Əsas səhifə / Manşet / Kəsmikli və gavalılı piroq
Bizi mobildən daha sürətli  izləyin

Kəsmikli və gavalılı piroq

Tərkibi:

  • 200 qr vanil
  • 3 yumurta
  • 100 qr kərə yağı
  • 2 x/qaşığı süd
  • 200 qr kəsmik
  • 225 qr qara gavalı qurusu
  • 85 qr şəkər tozu
  • 30 qr fındıq
  • 10 qr vanil

Hazırlanması:

Qovurulmuş fındığı əzin. Bir qabda un, fındıq, şəkər tozu (25 qr) və kiçik kub şəklində doğradığınız kərə yağını da əlavə edərək əl ilə qarışdırın. Daha sonra yumurta ağını və südü əlavə edərək qarışdırmağa davam edin. Digər qabda kəsmik, şəkər tozu, vanil, 1 yumurta sarı və iki yumurtanı əlavə edərək qarışdırın. Xəmiri yayaraq yağlı kağız sərilmiş siniyə (dm 20-23 sm) əlavə edin. Üzərinə gavalıları düzün. Sonda isə kəsmikli qarışımı gavalılar üzərinə tökərək əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 40-45 dəqiqə bişirin. Üzərinə şəkər pudrası səpdikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!

Bir şərh

  1. 200 qr vanil?