Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Kəsmiyin evdə hazırlanma qaydası
Bizi mobildən daha sürətli  izləyin

Kəsmiyin evdə hazırlanma qaydası

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 75

Kəsmik

2-3 stəkan kəsmik üçün
Lazım olan ərzaqlar:
8 stəkan yağlı süd (2 litr)
2 stəkan qatıq
Lazım olan avadanlıq:
Təmiz qazan
2-3 qat tənzif/cuna (qalındırsa bir qat da kifayətdir)
Süzgəc

Kəsmiyin Hazırlanma Qaydası:

Tənzifi süzgəcin üstünə açın.

Südü qazana töküb orta odda arada qarışdıra-qarışdıra qaynadın. Qaynayan kimi, qatığı buraya əlavə edin. Arada qarışdırın. Bir neçə dəqiqədən sonra süd kəsilməyə başyayacaq. Qazanın üstünə qalxan kəsmikdir.
Yavaşca qazanın içindəkiləri tənzifin üstünə tökün. Qoyun kəsmiyin suyu tamamilə süzülsün. Kəsmiyi əlinizlə sıxıb əzməyin. Tənzifin uclarını birləşdrib bağlaya, bə onu bir yerə asa bilərsinizi ki, su daha rahat və tez süzülsün. Kəsmik hazırdır. Diqqətli olun, kəsmiyi çox qurutmayın. Çox qurutsanız, onda kəsmik şor olar. Kəsmiyi soyuducuda 1 həftəyədək saxlamaq olar.

Buna da baxın

12 saatda bağırsaqlardakı bütün qurdları tökən KÜR

Whatsapp ilə Paylaş Portağal qabığının səhiyyə baxımından faydaları çox az bilinir. Portağal qabığında olan C …