Əsas səhifə / Əsas menu / Sağlamlıq / Kəvərin faydaları
Bizi mobildən daha sürətli  izləyin

Kəvərin faydaları

fuKəvərin faydaları

Sarımsaq və soğana yaxın kəvər “Allium” ailəsindəndir. Ayrıca diyet edirsinizsə 1 ədəd kəvər (bütün) yalnız 50 kalori olduğunu xatırlatmaq istəyirəm. Həzmi təşkil qida lifi baxımından da olduqca zəngin olan Kəvər eyni zamanda A, C, K və B6 vitaminləri üçün çox yaxşı bir mənbədir.

Damarlar:

Damarları qoruduğu bir çox araşdırmayla sənədləşdirilmiş “kaempferol” adlı flavonid kəvərdə bol miqdarda var. Bu komponent, damar astarlarını həddindən artıq aktiv oksigen molekullarına və təxribata yol açan digər faktorlara qarşı qoruyur. Bəzi işlərdə, “kaempferol” ün azot oksid istehsalını artıraraq damaları rahatlaşdırdığı istiqamətində nəticələr əldə edilib. Kəvər təzyiqi aşağı sala bilir.

Folat:

Xüsusilə hamiləlik dövründə qarşıya çıxan bir vitamin olmasının yanı sıra folat, ürək və damar xəstəliklərinin qarşısını alan “homosistein” adlı amin turşusunun səviyyəsinin düşməsinə kömək edir.

Antioksidan:

Kəvər, güclü bir antioksidan olan “polifenol” daxildir. Bu antioksidanlar bədənimizdə olan və müxtəlif xroniki xəstəliklərə zəmin hazırlayan sərbəst radikallara qarşı qoruma sağlamaqdadır.Vitamin və minerallar: K, A, C, B6 vitamini, manqan və dəmir mineralları baxımından zəngin olan kəvər bədənimizə enerji təmin etməkdən, sümük və toxuma inkişafına iştirak etməyə qədər bir çox şeyə təsir edir.

Sümük Sağlamlığı:

Sümük sağlamlığı və qan axışının təşkilində əhəmiyyətli bir rol oynayan K vitamini kəvərdə bol miqdarda var. 100 qram kəvər az qala gündəlik K vitamini ehtiyacının yarısını qarşılamağa yetir. K vitamini, sümük sağlamlığı üçün kritik bir əhəmiyyətə sahib olan “osteocalcin” adlı zülalı fəallaşdırır.

Göz Sağlamlığı:

Kəvərsə olan “lutein və zeaxanthin” adlı komponentlər göz hüceyrələrini oksidadif stressə qarşı qoruyur.


Buna da baxın

Xərçəngli hüceyrəni məhv edən ədviyyat

Whatsapp ilə Paylaş Kəklikotu yalnız ətir və ləzzət qatan bir ədviyyat deyil, eyni zamanda xərçəng …