Əsas səhifə / Manşet / Kabablar
Bizi mobildən daha sürətli  izləyin

Kabablar

h

Tikə kabab

Qoyun ətinin bud və ya bel hissəsindən hazırlanır:
Qoyun əti – 330 qr
Baş soğan – 60 qr
Göy soğan – 40 qr
Cəfəri və reyhan – 0,10 qr
Sumaq – 3 qr və ya nar şərab – 5 qr
Duz, istiot
35-40 qram tikələr kəsilir, duz, istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır.

Lülə kabab

Qoyun ətinin yumşaq hissəsindən hazırlanır:

Qoyun əti -330 qr
Quyruq yağı – 20 qr
Baş soğan – 20 qr, göy soğan – 40 qr
Cəfəri və reyhan – 15 qr
Buğda unu – 45 qr
Sumaq – 3 qr, duz, istiot
Qoyun əti soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurulub qarışdırılır. 20 dəqiqə saxlanır, şişə taxılır və manqalda od üzərində qızardılır.

Kartof kababı

Kartof – 350 qr
Qoyun quyruğu – 60 qr
Göy soğan – 40 qr
Cəfəri – 10 qr
Duz, istiot

Kartof soyulur, 40-50 qram çəkidə doğranır və qaynar duzlu suda yarım dəqiqə pörtülür. Qoyun quyruğu ilə kartof növbə ilə şişə taxılır və manqalda və ya sobada qızardılır. Hazır olduqda üstünə göyərti səpilir.

Tava kabab

Qoyun ətinin yumşaq hissələrindən hazırlanır:
Qoyun əti – 220 qr
Ərinmiş yağ – 30 qr
Baş soğan – 40 qr
Yumurta – 2 ədəd
Keşniş və şüyüd – 25 qr
Duz, istiot

Qoyun ətinin yumşaq hissəsi soğanla ətçəkən maşından keçirilir, duz, istiot, yumurta əlavə edib qarışdırılır. Hər pay üçün 3 ədəd girdə soğan tələb olunur. Hazır ət küftələr halına gətirilərək yastılanır və yağ əlavə edilmiş qızdırılmış tavaya düzülərək bişirilir.

Badımcanla quyruq kababı

Badımcan – 350 qr
Qoyun quyruğu – 60 qr
Soğan – 40 qr
Cəfəri və şüyüd – 20 qr
Duz, istiot

Badımcan təmizlənir. Qoyun quyruğu 15-20 qr çəkidə doğranır və badımcanla növbə ilə şişə taxılır. Manqalda qızardılır. Süfrəyə verdikdə badımcanın qabığı təmizlənir, quyruqla birlikdə doğranır, duz, istiot vurulur, üstünə göyərti səpilir.

Balıq kababı

Sümüksüz balıq – 347 qr
Bitki yağı – 5 qr və ya xama – 10 qr
Baş soğan – 24 qr
Göy soğan – 32 qr
Təzə pomidor – 100 qr
Lumu – 1/5 ədəd
Narşərab – 5 qr
Sumaq – 1 qr
İstiot – 1 qr
Duz

Balıq təmizlənir, 40-50 qramlıq tikələrə doğranır, duz, istiot vurulur, xama ilə qarışdırılıb 7-10 dəqiqə saxlanılır. Sonra şişə taxılıb köz üzərində qızardılır.