Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Kağız kababı resepti
Bizi mobildən daha sürətli  izləyin

Kağız kababı resepti

kağıt-kebabı-632x420

Kağız kababı resepti

Tərkibi:

-500 q quşbaşı doğranmış dana əti,
-2 kök,
-1 su stəkanı göy noxud,
– soğan,
-4 yeməkqaşığı zeytun yağı,
-1 yemək qaşığı pomidor tomatı,
-2 pomidor,
-1 stəkan su,
-1 şirniyyat qaşığı kəklik otu,
-Duz,
-İstiot,

Hazırlanması:

Bir qazanda zeytun yağını qızdırın. Soğan və quşbaşı ətləri 2-3 dəqiqə qovurun. Tomat və suyu əlavə edib vam odda ətlər yumşalana qədər bişirin. Kartof, pomidor, və kökü küp –küp doğrayıb ətlərə əlavə edin. Tərəvəzlər yumşalanda noxud, duz, istiot və kəklik otunu da əlavə edərək 5 dəqiqə daha bişirərək ocaqdan götürün.

Yağlı kağızdan dördbucaqlı şəklində kəsin. Yeməyi kağızın ortasına tökün, kənarlarını ortasına doğru qatlayın. Kənarlarını da örtərək paket kimi bükün.

Qat yeri altda qalacaq şəkildə sobanın tavasına düzün. Kağızların üzərini isladın və 190 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Nuş olsun!

Buna da baxın

Cemli piroq

Whatsapp ilə Paylaş  Tərkib: -2 ədəd yumurta -1 stəkan şəkər tozu -2 x/q qatıq -200 …