Əsas səhifə / Manşet / Kağız kababı
Bizi mobildən daha sürətli  izləyin

Kağız kababı

Tərkibi:

  • 500 qr yaşıl noxud
  • 500 qr tikə ət
  • 15-20 ədəd kiçik soğan
  • 2 ədəd pomidor
  • 1 ədəd kök
  • 2 ədəd kartof
  • 6-7 diş sarımsaq
  • 1 yemək qaşığı tomat
  • yarım stəkanı su
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı kəklik otu
  • Yarım çay qaşığı qara bibər
  • 4 yemək qaşığı duru yağ

Hazırlanması:

Kök, kartof və əti kub formada doğrayırıq. Bir qaba yaşıl noxud, kartof, kök və əti əlavə edirik. Daha sonra bütün halda (doğranmamış) kiçik ölçüdə seçdiyimiz soğanları, qabığı soyularaq xırda-xırda doğradığımız pomidor və 6-7 diş sarımsağı əlavə edirik. Duz, istiot və kəklik otunu və sonda duru yağı əlavə edirik. Tomatı bir qaba əlavə edib su ilə qarışdıraraq, sous halına gətirdikdən sonra, öncə hazırladığımız ərzaqların üzərinə əlavə edərək, bütün ərzaqları qarışdırıq. Hazır qatışımı kalka üzərinə yayaraq, kənarlarını möhkəm büküb, 200 dərəcəlik sobada 45 dəqiqə bişiririk.

Hər pors üçün bir kalkaya da bükə bilrsiniz.

Nuş olsun!