Əsas səhifə / Əsas menu / Gözəllik / Kakao yağının dəriyə faydaları
Bizi mobildən daha sürətli  izləyin

Kakao yağının dəriyə faydaları

kakao-yagi-cilde-nasil-surulur_646x340

Kakao ağacının meyvələrinin emalından sonra əldə edilən yağın sağlamlığa xeyiri olduğuna görə, tibbdə istifadə ediliyi kimi, bir çox gözəllik üzrə mütəxəssislər də kosmetik vasitələrdə kakao yağından yararlanırlar. Kakao yağının dəriyə hoparaq yumşaldıcı xüsusiyyətinə malik olması onun üstünlüklərindəndir. Qoxusu ilə də olduqca bəyənilən kakao yağı sakitləşdirici xüsusiyyətə malikdir. Dərinizə əhəmiyyət verib mümkün qədər meydana gələ biləcək qara nöqtələr və qırışlara qarşı tədbir almalısınız. Bunun üçün təbii maskalardan faydalana bilərsiniz.

Nəmləndirici xüsusiyyəti sayəsində xüsusilə epilyasiya müalicəsi alırsınızsa, həmin seanslardan sonra qızartı əmələ gələn nahiyəyə kakao yağı ilə müalicə tətbiq edə bilərsiniz. Bunu etmək üçün pambıq və kakao yağı işinizi görəcək. Pambığa kakao yağını sürtün və qızartı olan bölgələrə ilə sürtün. Bir müddət qaldıqdan sonra yuyun.

Kakao yağının başqa bir faydası çatlar üzərində təsirli olması və çatlaq müalicəsində istifadə edilməsi. Çatlar hamiləlik dövründə və kökəlib-arıqladıqdan sonra qadınlarda daha çox görülməkdədir. Daimi olaraq çatlar əmələ gələn bölgəyə kakao yağını sürtün və bir müddət gözlədikdən sonra yuyun. Bu şəkildə bədəninizdəki çatlaqlardan çox qısa müddətdə xilas ola bilərsiniz.

Kakao yağı nədir?

Kakao yağı bilməyənlər üçün qısaca izah edim ki, digər yağlar kimi maye olduğu ağılınıza gəlməsin əsla. Kakao yağı qatı haldadır və istifadə zamanı əridib istifadə edilir. Yayda dənizə və ya hovuza gedərkən, bronzlaşmak (qaralmaq) üçün günəş kremlərinin əvəzinə kakao yağını seçim edə bilərsiniz. Tamamilə təbii olması səbəbi ilə digər kimyəvi məhsullara nisbətən daha sağlamdır. Tərkibindəki E vitamini dərinizin daha güclü və sağlam olmasını təmin edəcək. Kakao yağının digər faydalı tərəfi yanıq müalicəsində istifadə edilməsidir. Qaşıntı və yanıq nahiyəyə tətbiq edib, qısa müddətdə müsbət nəticələr əldə edə bilərsiniz. Siz də daha sağlam və hamar bir dəriyə sahib ola bilmək üçün kakao yağının möcüzəvi təsirlərindən faydalana bilərsiniz.

Buna da baxın

Ağ və südlü şokoladın hazırlanması

Whatsapp ilə PaylaşAğ şokoladın hazırlanması Tərkibi: ½ çay qaşığı vanil 50 qr kakao yağı 50 …