Əsas səhifə / Manşet / Kakaolu pankek
Bizi mobildən daha sürətli  izləyin

Kakaolu pankek

pankkVəsaitləri istəyinizə uyğun olaraq artıra bilərsiniz. Hazırladığınız xəmirin axıcı olmasına diqqət edin.

Vəsaitlər.

  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı şəkər tozu
  • 200 ml. süd
  • 1.5 stəkan un
  • 4 çay qaşığı kakao
  • 1 paket qabartma tozu

Üzəri üçün

1/2 stəkan krem şanti

90 qram qara şokolad

Hazırlanması

Yumurta və şəkər tozunu dərin bir qaba tökün. Mikserlə sürətlə qarışdırın. Süd, un, qabartma tozu və kakao əlavə etdikdən sonra, yenidən qarışdırın. Yüngül, axıcı bir xəmir əldə edin. Yanmayan/yapışmayan tavanı çox az miqdarda yağla yağlayın. Yağın artığını kağız salfetlə götürün.

Hazırladığınız xəmirdən bir böyük qaşıq miqdarında götürüb tavaya tökün. Dairəvi forma alan xəmirlərin, hər iki tərəfini qızardın. Kremi vam odda qaynamağa qoyun. Üstü köpüklənəndə ocaqdan götürün.

Kiçik-kiçik doğradığınız şokoladları kremin içərisinə tökün, onun istisində ərisin. Daha sonra bişirdiyiniz pankekləri üst-üstə boşqaba düzün. Üzərinə hazırlağınız şokoladlı sosu da əlavə edib, süfrəyə verin. Nuş olsun!

Qadinklubu.com

Buna da baxın

Şokalad maskası

Whatsapp ilə Paylaş Şokoladın tərkibindəki kakao və kakao yağı dəri üçün mükəmməl bir nəmləndiricidir. Şokoladın …