Əsas səhifə / Əsas menu / Pəhriz / Kalori yandıran darçınlı ballı çay
Bizi mobildən daha sürətli  izləyin

Kalori yandıran darçınlı ballı çay

uiKalori yandıran darçınlı ballı çay

Əziz qadınklubu.com oxucuları oturduğunuz yerdə kalori yandırmağınıza kömək edəcək bir çay heç də pis olmazdı. Elə isə darçın və balın gücündən faydalanmağa hazır olun. Bal və darçın ilə hazırlanan bu çay həm içdiyinizdə sizi heç yormayacaq, həm də maddələr mübadiləsinizi sürətləndirərək artıq çəkilərinizdən qurtulmağınıza kömək edəcək.

Tərkibi:

2 xörək qaşığı bal

1 şorba qaşığı darçın

1 stəkan su

Hazırlanması:

Təklif olunan miqdarlarda əlbəttə ki dəyişiklik ola bilər. Amma bal və darçının nisbəti uyğun olmalıdır. Ehtiyacınızdan daha çoxunu da içməməyə cəhd etməlisiniz. Bardağınıza qoyduğunuz 1 şorba qaşığı darçının üzərinə qaynar suyu tökün və qısa bir müddət yüngül soyumasını gözləyin. Dodağınızı yandırmayacaq qədər soyuduğu zaman içərisinə balı əlavə edin. Qaynar suya birbaşa olaraq bal qarışdırmaq, balın içərisindəki fermentlərin və digər qidaların yox olmasına səbəb olur.

Necə qəbul edilməli?

Hazırladığınız içkinin hamısını bir anda içməmək lazımdır. Eyni zamanda, qarışığın ən yaxşı nəticələri aç qarınına içildiyində verdiyini də bilməlisiniz. Ona görə, gecələri yatmazdan əvvəl yarım stəkan içməli və geri qalanını soyuducuya qoymalısınız. Səhər oyandığınızda isə digər yarısını içməlisiniz. Amma əsla təkrar istilətməyə qalxmayın. Sabah etməyiniz yarım stəkan soyuq olaraq için.


Buna da baxın

Diet haqqında bilməli olduqlarınız…

Whatsapp ilə Paylaş 1- Yumurta xolesterol baxımından zərərlidirmi? Dietoloqları verdikləri məlumata görə, çox kalorili oduğuna …