Əsas səhifə / Əsas menu / Şou-biznes / Kamilə Babayeva bu cür yollarla arıqlayırmış
Bizi mobildən daha sürətli  izləyin

Kamilə Babayeva bu cür yollarla arıqlayırmış

Kamilə Babayeva bu cür yollarla arıqlayırmış

kamile_babayeva_031

Aparıcı Kamilə Babayeva hamilə olarkən heç vaxt şəkil çəkdirmədiyini etiraf edib.

“Qazeta”ya müsahibə verən aparıcı artıq çəkidən necə xilas olmasının sirrini açıqlayıb:

“Hamilə qaldıqdan sonra çəkim artmağa başladı. Həmin andan evdən bayıra çıxmadım. Hamilə olarkən şəkil çəkdirməmişəm. Gülən yerdə cəmi bir şəklim var, hamıya da onu göstərirəm. Ana olduqdan sonra efirə çıxdım. Sosial şəbəkədə çəkimlə bağlı müzakirələri xatırlayıram. Bunlar məni sındırmadı. Həyat yoldaşım, ailəm mənə dəstək oldular. Arıqlamaq üçün pəhrizə başladım. Düzdür, pəhriz zamanı insana qadağalar qoyulur. Mən isə çərçivəyə salınmağı sevmirəm. Yediklərimi qaydaya saldım. Hər zamankından iki dəfə az yeyirdim. Bir gün düyü, səhəri qarabaşaq, üçüncü günü isə ət istifadə edirdim. İdmanla məşğul olmurdum, amma konki sürürdüm.

Şirniyyatdan əl çəkə bilmirəm. Bu gün paxlava yeyirəmsə, səhəri heç nə qəbul etmirəm. Sonra isə ağ şokolad yeməyə başladım. Stressi götürür. Arıqlamağımın əsas səbəbi orqanizmimin dilini bilməyimdir. İndi bilirəm ki, məni nə kökəldir, nə arıqladır. Gecə acanda soyuducunun yanına qaçmıram. Yeni ana olan və kökələn xanımlara demək istəyirəm ki, artıq çəki dünyanın sonu demək deyil. Əsas xoşbəxtlikdir. Artıq çəkilər gəldiyi kimi də gedəcək. Əlbəttə ki, burada həyat yoldaşının dəstəyi də əsasdır”.


Buna da baxın

3 gündə 5 kq arıqladan-Naringi dieti

Whatsapp ilə Paylaş Tərkibindəki C vitamini ilə sağlamlığımız üçün olduqca əhəmiyyətli olan naringi  diet proqramı …