Bizi mobildən daha sürətli  izləyin

Karamel sousu

Tərkibi:

  • 100 qr şəkər tozu
  • 40 qr kərə yağı 82%-li
  • 200 qr qaymaq 20%-li
  • 1 qr duz

Hazırlanması:

Şəkər tozunu qazan və ya tavaya əlavə edərək ocaqda orta temperaturda əridirik. Əriməyə başladığında ocağın temperaturunu minimuma endiririk. Hissə-sissə kərə yağını əlavə edərək qarışdırırıq. Daha sonra qaymağı və duzu əlavə edərək, 10-15 dəqiqə qarışdıraraq bişiririk. Hazırladığımız sousu ağzı bağlı şüşə qabda soyuducuda 10 gün saxlamaq olar. İstənilən dessert, tort və dondurmalarda istifadə edə bilərsiniz.

Nuş olsun!