Əsas səhifə / Manşet / Karbohidrat diyeti ilə 1 ayda 8 kilo arıqlayın
Bizi mobildən daha sürətli  izləyin

Karbohidrat diyeti ilə 1 ayda 8 kilo arıqlayın

Karbonhidrat diyeti ilə 1 ayda 8 kilo arıqlayın

Karbohidrat diyeti, karbohidrat miqdarını minimuma endirərək,  toxluq hissini nizamlı  tutaraq, kilo verməyi məqsəd qoyan pəhriz növüdür. Karbohidrat pəhrizində  insulin ifrazını  salmamaq əsas məqsəd qoyulur ki,  aclıq hissi yaranmasın.

Kimlər karbohidrat pəhrizi saxlaya  bilər?

Bu pəhriz gündə orta hesabla  1 saat idman edən insanlar üçün uyğundur. Professional idmançılar üçün uyğun deyil.

Karbohidrat pəhrizində  hansı yeməklərdən yemək olar?

– Qırmızı ət

– Balıq

– Yumurta

– Tərəvəz

– Meyvə

– Qoz-fındıq

– Qatıq

– Kərə yağı

– Zeytunyağı

Karbohidrat pəhrizində hansı yeməklər yeyilməməlidir?

– Şəkər

– Taxıl qrupundakı  məhsullar

– Trans yağlar (doymamış yağlar)

– Süni dadlandırıcılar

Karbohidrat diyeti nə qədər davam etdirilməlidir?

6 gün pəhriz proqramına riayət etməklə, həftədə 1 gün sərbəst bəslənə bilərsiniz. Nizamlı şəkildə 1 ay davam etsəniz, təxminən 4-8 kilo arası arıqlaya bilərsiniz.  Arıqlamağınız gündəlik fəaliyyətinizdən və pəhriz proqramına nə qədər riayət etməyinizdən asılıdır.

Karbohidrat pəhriz proqramı necə olmalıdır?

Yeyilməsi sərbəst olan yeməklər siyahısına baxaraq gündəlik yemək proqramınızı özünüz təyin edə bilərsiniz.

Bir günlük karbohidrat pəhriz proqramı nümunəsi

Səhər yeməyi: Yumurta, şəkərsiz çay ya da qəhvə.

Nahar yeməyi: Tərəvəz yeməyi, qatıq, quru meyvələr

Şam yeməyi: qızarılmış  qırmızı et ya da balıq, tərəvəz yeməyi

Nahar və şam yeməklərindəki qidalar yer  dəyişdirə bilər.

Yemək aralarında 1 meyvə yeyilə bilər.

Buna da baxın

Kofeli tort

Whatsapp ilə PaylaşTərkibi: 1.75 st un 2 st şəkər tozu 0.75 qr kakao 2 ç/qaşığı …