Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Karlsonun yediyi plyuşki resepti
Bizi mobildən daha sürətli  izləyin

Karlsonun yediyi plyuşki resepti

Tərkibi:

-250 ml süd
-3 xörək qaşığı şəkər tozu
-1 çimdik duz
-1 dolu çay qaşığı maya
-2 yumurta
-50 qr kərə yağı
-40 ml duru yağ
-3 stəkan un
-vanilin

İçi üçün :

-50 qr yumşalmış kərə yağı
-Yarım stəkan şəkər tozu

Üstü üçün:

-1 yumurta

Hazırlanması:

Xəmir üçün ilıq südə maya, 2 xörək qaşığı şəkər tozu töküb mayanın köpməyini gözləyin. Maya köpəndə ələnmiş una mayalı südü, ərinmiş kərə yağı və duru yağı, duz, vanilin, yumurtaları əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun. İsti bir yerdə dəsmala büküb 1 saata qədər isti yerdə saxlayın.

7743687_orig

Xəmiri təxminən yumurta böyüklüyündə kündələrə bölün.

8934997_orig (1)

Hər kündəni oval formada yayıb içinə yumşalmış kərə yağı çəkib 1 çay qaşığı şəkər tozu səpin. Sonra uzun tərəfindən rulet kimi büküb, ruleti ortadan qatlayıb uclarını birləşdirin. Sonra bükdüyünüz xəmiri şəkildəki kimi ortadan axıra qədər olmamaq şərti ilə kəsin və ürək formasında açın.

6743464_orig

Soba tavasını yağlayıb bulkiləri yığın və üzərini örtüb 30 dəqiqə isti yerdə saxlayın. Sonra üzərinə yumurta çəkin.

45401_orig

180 dərəcəli sobada 30 dəqiqə bişirin.

4466151_orig

Bu bulkilər sabaha qaldıqda da çox yumşaq olur.

8397350_orig

Nuş olsun!

Buna da baxın

Çiçək formalı bulkalar

Whatsapp ilə Paylaş Ərzaqlar: Xəmir üçün Un-500 qr Yumurta-2 ədəd Su-1st-dan bir barmaq əskik Duz-1ç.q …