Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Kartof blinləri – FOTORESEPT
Bizi mobildən daha sürətli  izləyin

Kartof blinləri – FOTORESEPT

Tərkibi:

-5 ortaboy kartof
-250-300 ml süd
-250-300 q un
-3-4 diş sarımsaq
-3 yumurta
-1 x.q. şəkər tozu (üstsüz)
-3+2 x.q. bitki yağı
-duz
-göyərti – zövqə görə

Hazırlanması:

Kartofları soyub yuyun, 4 bölüb üzərini örtənə qədər su tökün, duz vurun, hazır olanadək bişirin. Azca soyuyandan sonra içində bişdiyi su ilə birlikdə blenderdə sıyıq halına gələnədək xırdalayın.

Kartofa əzilmiş sarımsaq, yumurta, un, qaynanmış süd, 3 x.q. bitki yağı, 1 ç.q. duz, 1 x.q. şəkər tozu əlavə edib yaxşıca qarışdırın. Xəmiri 20-30 dəqiqə isti yerdə saxlayın.

Qızdırılmış tavada az-az bitki yağı əlavə etməklə qızardın. Xəmiri bütün tavanın diametri ilə yaymayın, bir az kiçik olsun, çünki böyük blini çevirəndə parçalanır.

304856_2

304856_3

304856_1

 

Bir üzü tam bişəndən sonra çevirin. Göyərtini ya xəmirə qata, ya da xəmiri tavaya yayandan sonra üzərinə səpə bilərsiniz.//neva.az

304856_4

304856_5

Nuş olsun!

Buna da baxın

Bu qidaları soyuducuda saxlamayın

Whatsapp ilə Paylaş Bəzi qidalar var ki, onları soyuducuda saxlamaq, sağlamlıq və qida dəyərinin azalması …