Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Kartof kürəciyi – Resept
Bizi mobildən daha sürətli  izləyin

Kartof kürəciyi – Resept

opKartof kürəciyi – Resept

Qarnir kimi xörəklərə bəzək verən dadlı kartof kürəciyinin resepti

İnqrediyentlər:

800 qram kartof
50 qram kərə yağı
1 ədəd yumurta
üyüdülmüş qırmızı və qara istiot, duz
40 qram buğda unu
bitki yağı

Hazırlanması:

Kartofu yuyun, qabığını soyun, qaynadın. Amma kartofu tam bişirməyin, bir az çiy qalsın. Kartof soyumamış taxta qaşıqla onu əzin. Kərə yağı, çiy yumurta, duz, istiot əlavə edib yaxşıca qarışdırın.

İlıq kartof püresindən kiçik kürəciklər düzəldin. Kürəcikləri buğda ununa batırın.

Bitki yağını yaxşıca qaynatdıqda sonra kürəcikləri tavada qızılı rəng alana qədər qızardın.

Kartof kürəciyini təzə tərəvəzlərlə, göyərti ilə süfrəyə vermək olar. Eyni zamanda, bu, ət xörəklərinin yanında əla qarnir kimi qoyula bilər.

Nuş olsun!