Əsas səhifə / Manşet / Kartof qaraciyəri məhv edir
Bizi mobildən daha sürətli  izləyin

Kartof qaraciyəri məhv edir

kartof qaraciyəri məhv edir. qadin klubu

İngiltərədə aparılan bir araşdırmaya görə kartof kimi yüksək karbohidrat tərkibli qidaların çox istifadəsi qaraciyərə ən az spirt qədər zərərlidir.

Araşdırma aparan həkim David Unwin yüksək karbohidratlı diyetlərin və az yağlı diyetlərin qaraciyərdə olan gama glutamil transpeptidaz (GGT) səviyyəsini yüksəldərək qaraciyərdə bir sıra fəsadlar törətdiyini müəyyən etmişdir. Qadinklubu.com həmin araşdırmanın nəticələrinin qısa xülasəsini diqqətinizə çatdırır.

GGT yüksəkliyinin əslində spirtlə heç bir əlaqəsinin olmadığı aşkarlanmışdır. Həkimin sözlərinə görə heç spirt istifadə etməyənlərdə də karbohidrat miqdarının çox olması səbəilə GGT səviyyəsinin yüksək olduğuna  rast gəlinməkdədir. Yüksək GGT səviyyəsi ürək xəstəliklərinə və diyabetə səbəb ola bilər. Yüksək şəkərli və nişastalı qidaların qaraciyərdə toplanaraq və bir sıra  problemlərin yaranmasına zəmin yaratdığını qeyd edərək, təkcə spirt deyil, tərkibində yüksək karbohidratlar olan qidaların da az istifadə edilməsini məsləhət bildi. Təbii və yaşıl qidaların menuda üstünlük təşkil etməsinə diqqət çəkdi. Nişasta ilə zəngin olan kartofun da həddən artıq istifadəsi qaraciyər üçün o qədər də yaxşı nəticələrə gətirib çıxarmır.

Buna da baxın

Bu tərz əyləşməyin zərərləri

Whatsapp ilə PaylaşƏn çox istifadə edilən oturma formalarından biri də ayaqları bir-birinin üstünə aşırmaqdır. Bəs …