Əsas səhifə / Manşet / Kartof suyu diyeti ilə qısa müddətdə inanılmaz nəticə
Bizi mobildən daha sürətli  izləyin

Kartof suyu diyeti ilə qısa müddətdə inanılmaz nəticə

 

kartof suyu diyeti

Kartof hər mətbəxdə rast gəlinən, çox istehlak edilən və təbii ki, olduqca faydalı bir tərəvəzdir. Bir çox yeməklərdə istifadə etdiyiniz, kartofun başqa faydalarını da bilirdinizmi?

Qadinklubu.com bu dəfə sizləri artıq çəkilərdən xilas olmağın asan yolu, kartof diyeti ilə tanış edir. Kartof diyeti ilə əziyyət çəkmədən qısa bir müddətdə mükəmməl nəticəyə nail olacaqsınız.

İlk əvvəl sizləri kartof suyunun tərkibi ilə tanış edək. Kartof C vitamini, B6 vitamini, kalium, kalsium və lif baxımından zəngindir. Belə ki, qələvilərlə zəngin olan kartof suyu həzm sistemini nizamlayaraq orqanizmin PH dəyərini tarazlayır. Eyni zamanda qaraciyəri təmizləyir. Həzm sisteminin tarazlamaqla bərarəb, artıq çəkilərdən xilas olmağınızı da dəstəkləyir. Bütün bu və bu kimi kartofun orqanizmə faydalarını nəzərə alaraq, sizlərə kartof diyetinin qaydasını təqdim edirik.

Kartof suyunun hazırlanması:

  • Hər zaman təzə, və  məsamələri olan qəhvəyi kartofları seçin.
  • Kartofu yaxşıca yuyun məsamələrində palçıq və ləkə qalmamalıdır.
  • Şirəçəkən və ya robotda kartofu qabığı ilə birlikdə suyunu sıxın.
  • Şirəçəkən  yoxdursa, kartofu sürtgəcdən keçirərək suyunu sıxın.
  • Gündəlik olaraq 100-150 ml (1 çay stəkanı qədər) kartof suyu içilməlidir.
  • Səhər yeməyindən 30-60 dəqiqə əvvəl içilməlidir. Alternativ olaraq axşam yeməyindən yarım saat əvvəl də istehlak edilə bilər.
  • Hazırlandığı zaman mütləq içilməlidir, soyuducuda saxlamayın. Hər gün yenisini hazırlayın.
  • Əgər dadı xoşunuza gəlmirsə, bir qaşıq bal və ya limon suyu əlavə edə bilərsiniz.
  • İki həftəlik müddət ərzində hər gün bu tətbiqə davam edib, sonra  bir həftə ara verin. Fasilədən sonra təkrar istənilən nəticələri əldə edənə qədər davam edin.
  • Bu pəhriz zamanı ağır yağlı, duzlu və şəkərli yeməklərdən uzaq olun. Daha çox meyvə yeməyə üstünlük verin. Fürsət tapdıqca idmanla da məşğul olun.

Buna da baxın

Kartofla saç uzada bilərsiniz?

Whatsapp ilə PaylaşKartofla saç uzada bilərsiniz? Saçlarınızın tez uzanmasını istəyirsinizsə kartof suyu kürünü mütləq tətbiq …