Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Keçibuynuzunun faydaları nələrdir?
Bizi mobildən daha sürətli  izləyin

Keçibuynuzunun faydaları nələrdir?

Keçibuynuzunun faydaları nələrdir

Keçibuynuzu xüsusilə nəfəs çatışmamazlığı olan, öskürən, asması olan kəslər tərəfindən istifadə edilməsi lazım olan bir bitkidir. Keçibuynuzu xüsusilə səhər yeməyindən istifadə edilərsə daha çox təsiri olar.

Əvvəlcə keçibuynuzu seçərkən diqqət edin. Mümkün qədər tünd rəngli olanları seçin. 6-7 dənə keçibuynuzu əvvəl su ilə yaxşıca yuyulur. Daha sonra keçibuynuzları kiçik parçalara ayrılır və qaynamaqda olan yarım litr suyun içinə atılaraq, orta atəşdə təxminən 8 dəqiqə qaynadılır. Soyuduqdan sonra süzülür və şüşə bir qaba boşaldılır. Bu müalicə hər gün səhər, nahar arasında və axşam yeməyindən əvvəl bir çay stəkanı şəklində içilir. Qalan maddə isə soyuducuda saxlanılır. Ancaq bu maddənin 3 gün içində istifadə edilməsi şərtdir. Əks təqdirdə təsirini itirir. 3 gün sonra yenisini hazırlamağınız məsləhətdir. 20 gün ərzində fasilə vermədən istifadə etsəniz yaxşı nəticə əldə edəcəksiniz. 20 gündən sonra 15 gün də keçibuynuzuna bir çay qaşığı bal əlavə edərək için. Sabah axşam gündə iki dəfə bu şəkildə 15 gün ərzində keçiboynuzunu içə bilərsiniz. Bunula da öskürək, nəfəs çatışmamazlığı kimi problemlərinizdən xilas ola bilərsiniz.

Keçibuyunuzu…

  1. Həzm sistemi problemlərini yox edir
  2. Öskürək, astma kimi narahatlıqlara yaxşı gəlir
  3. Sümüklərə güc verir.
  4. Qansızlığa çox yaxşı təsir edir.
  5. Təzyiqi sabitləşdirir.
  6. Cinsi gücü artıran təsiri vardır.
  7. Enerji verir.
  8. Dişləri gücləndirir
  9. Sümüklər üçün təsirlidir.
  10. Hamilə qadınlar və uşaqlar üçün zülal dəyərləri baxımından çox faydalıdır.
  11. Ağciyər narahatlıqlarında məsləhətdir.

Buna da baxın

Feyxoanın müalicəvi xüsusiyyətləri

Whatsapp ilə Paylaş  Feyxoa çox xeyirli meyvədir. Feyxoa bir çox xəstəliklər zamanı əsl müalicəvi vasitə …