Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Keçmişdən dadı damaqda qalan iris necə hazırlanır?
Bizi mobildən daha sürətli  izləyin

Keçmişdən dadı damaqda qalan iris necə hazırlanır?

1436772952_photo_35079

Keçmişdən dadı damaqda qalan iris necə hazırlanır?

Əvvəllər satışda olan irisin dadı hələ də damağınızdan getməyib? O dadı hələ də axtarırsınız?
Artıq irisi özünüz hazırlayacaqsınız.

Tərkibi:

-30 qr.kərə yağı
-220 qr. şəkər
-220 qr. xama

Hazırlanması:

Xama ilə şəkər eyni miqdarda və biraz kərə yağı götürülür, qaba tökülür və orta odda qaynadılır. Durmadan qarışdırılır. Bir neçə dəqiqədən sonra qatılaşmış südə oxşayır. Məhlul yavaş- yavaş rəngini dəyişəcək və qatılaşacaq. İstədiyiniz rəng alındıqdan sonra,  qazan ocaqdan götürülür. Qalan kərə yağı qarışıma qatılır, dayanmadan qarışdırılır. Cəld hərəkətlərlə qarışım qəliblərə tökülür. Soyuduqdan sonra qəliblərdən çıxartmaq olar. İrisimiz hazırdır.

Nuş olsun!

Buna da baxın

Toyuq naggetsləri

Whatsapp ilə Paylaş Toyuq naggetsləri Tərkibi (4 pay): -2 toyuq döşü və ya 4 file …