Əsas səhifə / Əsas menu / Köşə / Kef məclislərində savadsızlığın “kefini” çıxaranlar….
Bizi mobildən daha sürətli  izləyin

Kef məclislərində savadsızlığın “kefini” çıxaranlar….

Kef məclislərində savadsızlığın “kefini” çıxaranlar….

sou_biznes_1

Bu günlərdə Atv televiziya kanalında yayımlanan verilişlərdən birində Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürov aparıcı tərəfindən şəkli göstərilən ölkəmizin görkəmli incəsənət adamları və bəstəkarlarını tanımamışdı.
İnsanlarımız heç olmasa az da olsa intelektli olduğuna inandığı müğənninin savadsızlığının şahidi olmağın təəssüfünü yaşayır. Televiziyalarda sosial şəbəkələrdə günlərdir danışılan müzakirə edilən bu savadsızlıq “hadisəsi” biz azərbaycanlıların bəh-bəhlə qulaq asıb sevdiyi pərəstiş etdiyi müğənnilərin intektsiz olduğunu daha da qabartdı. Bu acı həqiqət insanlarımızın üzünə çırpılıb sanki onları silkələdi.
Təəssüfflə də olsa deməmək olmur ki, orta statistik azərbaycanlı müğənni elementar bilgilər belə olmayan beyni ilə yanaşı dolu pul qabısı ilə dəyəri fantastik məbləğli avtomobillərdə gəzir. Əxlaqının yüngül olduğunu, hansısa yüksəkçinli, pulunun say-hesabını itirmiş kişi məmurun 3-5 günlük məşuqəsi olduğunu gizlətmir.Hətta müxtəlif şou xarakterli televiziya verilişlərində məmur və yaxud biznesmen sevgilisinə əxlaqı kimi hiss edilməyəcək ağırlıqda olan istəklərini bildirməkdən çəkinmir. Dayazlığı ilə seçilən fikirləri, adi etik qaydalardan uzaq olan davranışı və yabanı, kələ-kötür danışıq tərzi ilə özü-özünə səmimiyəm deyir.
Azərbaycan insanın çox yaxşı tanıdığı şou ulduzları adlandırılan sənətçilərin əksər hissəsi repertuarına heç bir bədii və mənəvi dəyəri olmayan, ifası xüsusi istedad tələb etməyən , zövqsüz musiqiləri daxil edir. Belə müsiqilər də təhsilsizlik, inteleksizlik problemi yaşayan, al-verə qurşanmış, mənəviyyatı aşınmış , kitabdan, öyrənməkdən çox uzaqda olan bugünkü Azərbaycan insanın zövünü 5 maksimum 10 gün oxşayır.
Televiziya və müxtəlif internet saytlarında, sosial şəbəkərdə bahalı brendlərdən olan geyimlərini, avtomobillərini, meşşan həyat tərzlərini insanlara göstərərək elə bil öz əxlaqsızlıqlarına və savadsızlıqlarına mənəvi haqq qazandırırlar.Bununla onlar gənclərə savadsızlığın, bilğisizliyin günü-gündən yüngülləşən mənəviyyatın və əxlaqın daha yaxşı, daha qiymətli olduğunu nümayiş etdirir. Bütün bunları görən gənclik kitabdan təhsildən öyrənmək istəyindən daha da uzaqlaşıb həmin müğənnilərin yolunu tutmağa çalışır.
İndi vətənimizdə insanlar əlindən mikrafon alınaraq müğənniyə verilən ziyalıya , toylarda qaz vurub qazan dolduran , varlı və alverçi ruhlu dostları ilə kef məclislərində savadsızlığın “kefini” çıxaran sənətçidən daha az inanır.
İstəməsək də etiraf etməliyik ki, indi əksər insanlar müğənninin sözünə ziyalıdan daha çox qulaq asır.Yüz gəncdən biri ya ikisi hansısa ziyalıya bənzəmək istəyər bəlkə də istəməz. Amma müğənni olmaq istəyənlər o qədərdir ki, sayını-hesabını onları xalqa sevdirən televiziyaların özləri də itirib.
Acı həqiqətlərdən biri də odur ki, indi əksər azərbaycanlının ziyalısı da, ağıllısı da, əxlaqsızı da, müğənnisi də , artisti də keçi kimi atdanıb –düşən müğənniciklərdir.


Buna da baxın

“Röya ilə barışmaq fikrim yoxdur”

Whatsapp ilə Paylaş“Röya ilə barışmaq fikrim yoxdur” Müğənni Röyanın keçmiş həyat yoldaşı Anar Cəlilov yeni …