Əsas səhifə / Manşet / Keks qəlibində bulku
Bizi mobildən daha sürətli  izləyin

Keks qəlibində bulku

Tərkibi:

  • 100ml su (ilıq)
  • 100ml süd (ilıq)
  • 1 çay qaşığı maya
  • 1 çay qaşığı qabartma tozu
  • 1 yemək qaşığı sirkə
  • 2 yemək qaşığı qatıq
  • 1 şirin qaşığı toz şəkər
  • 1 çay qaşığı duz
  • 1 ədəd yumurta
  • 3 yemək qaşığı duru yağ
  • 5.5 – 6 stəkan un

İçlik üçün:

  • 50 qram kərə yağı
  • 50 ml duru yağ

Üzəri üçün:

  • 1 ədəd yumurta sarısı

Hazırlanması:

Süddə şəkəri və mayanı həll edin. Digər qabda qatığı, yumurtanı, duru yağ, duz və sirkəni əlavəe dib qarışdırın. Suyu əlavə etdikdən sonra unla qabartma tozunu qarışdırıb, axırda süddə həll olunmuş mayanı əlavə edərək yumşaq xəmir yoğururuq. Yoğurulmuş xəmiri mayalanması üçün  1 saat dincə qoyun. Mayalanmış xəmiri iki hissəyə bölün. Birinci hissədən 4 kiçik hissə ayırın. Lavaş açıb hər lavaşdansonra kərə yağı ilə duru yağın qarışığını çəkərək üst-üstə düzün. Son lavaşın üzərini də yağladıqdan sonra bükün. Büktüyünüz lavaşı kiçik hissələrə ayırın. Həmin hissələri keks qəlibinə düzüb üzərinə yumurta sarısı çəkib, küncüt səpərək 15 dəqiqə də mayalanmağa qoyun. 200 dərəcəlik sobada 25-30 dəqiqə bişirin.

Nuş olsun!

Buna da baxın

Qidalandırıcı maya maskası

Whatsapp ilə Paylaş Mayadan hazırlanan dəriyə qulluq maskaları dərinizin yenilənməsi və bakteriyalardan təmizlənilməsi üçün faydalıdır. …