Əsas səhifə / Manşet / Keksinizi qazanda bişirin – RESEPT
Bizi mobildən daha sürətli  izləyin

Keksinizi qazanda bişirin – RESEPT

 

qazandaTərkibi:

2 su stəkanı şəkər
6 ədəd yumurta
1 stəkan qatıq
1 stəkan maye yağ
2 paket qabartma tozu
2 paket vanil
3 stəkan un
2 yemək qaşığı kakao

Qazanı yağlamaq üçün:
marqarin

Hazırlanması:

Şəkər və yumurtanı krem qatılığına gəlincəyə qədər çırpın, rəngi ağa yaxın olsun.
Sırasıyla maye yağı və südü əlavə edin.
Ayrı bir qabda unu ələyin.
Qabartma tozu, vanilini ələyərək qarışdırın.
Qaşıq- qaşıq yumurtaların olduğu qaba əlavə edilərək mikserlə qarışdırın.
Çox qatı olmayan bir keks xəmiri olmalıdır.Qatılığı blincik xəmiri kimi olmalıdır.
Keks bişirəcəyiniz qazanı marqarinlə yaxşı-yaxşı yağlayın.
Orta hissəsini 2 qat qatlanmış aliminium folqa ilə möhkəm örtün.
Keks xəmirini yavaşça qazanın hər yerinə eyni səviyyədə tökün.
Dibində biraz saxlayıb içinə kakao əlavə edib təkrar qarışdırın.
Keks qazanının üzərinə incə bir qat kakaolu xəmir tökün, sadəcə orta hissəsinə.
Qazanın qapağını hava keçirməyəcək dərəcədə bağlayın.
Heç bir yerdən içəri hava keçməməlidir.
Altına qoyduğunuz təbəqənin üzərinə kül tökün , amma kül təbəqənin hər tərəfinə eyni səviyyədə yayılmalıdır. Belə olsa keksimizin hər tərəfi eyni ölçüdə şişəcəkdir.
Külü şirniyyat satılan dükanlardan ala bilərsiniz.
Vam odda bişirin.
Ocağın ən zəif gözündə, uzun bir zaman yavaş- yavaş bişirin.
Keks qazanının üzərindəki şüşə qapaqdan qabarmasına və bişməsinə baxa bilərsiniz.
Qeyd: Keks qazanınızın ölçüsü 28 sm ölçüsündə olduğunda , istifadə etdiyiniz ölçü stəkanı yerinə bir az böyük stəkan istifadə edə bilərsiniz. Yəni iki su stəkanına yaxın bir stəkan.
İstifadə etdiyiniz qatıq çox qatı olarsa, 1 çay stəkanı süd əlavə edin
Ölçü stəkanı böyük olduğu üçün qabartma tozunu da 2 paket edə bilərsiniz.
Keksin bişməsi üçün bir saat yarım, 2 saata yaxın vaxt getsə də nəticədə çox dadlı bir keksə sahib olursunuz.
Bişməsinə yarım saat qaldığı zaman qapağının deşiklərini azca açın.//dadli.az

 

Nuş olsun!

Buna da baxın

Ağlayan keks

Whatsapp ilə PaylaşTərkibi: 4 ədəd yumurta 1 su stəkanı şəkər 2 yemək qaşığı süd 1,5 …