Əsas səhifə / Əsas menu / Xəbər / Keniyalı hüquqşünas Obamanın qızına aşiq oldu
Bizi mobildən daha sürətli  izləyin

Keniyalı hüquqşünas Obamanın qızına aşiq oldu

aKeniyalı hüquqşünas Obamanın qızına aşiq oldu

Kenyalı hüquqşünas Feliks Kiprono ABŞ prezidenti Barak Obamanın böyük qızı Maliya ilə nişanlanmaq niyyətindədir.

Məlumata görə, o, qızdan ötrü başlıq kimi 70 qoyun, 50 inək və 30 keçi təklif etməyə hazır olduğunu bəyan edib. Bu haqda Keniya KİV-lərinə istinadla “The Vawington Times” nəşri məlumat yayıb.

Kiprano öz əllərini və ürəyini iyul ayında, Obamanın Keniyaya səfəri zamanı təklif etmək niyyətindədir. Gənc qeyd edib ki, Maliya ilə evlənməyi çoxdan arzulayır və hazırda məktub hazırlayır, hansı ki, orada Amerika prezidentindən onu da özü ilə ABŞ-a aparmasını rica edəcək və xahişinin reallaşacağına böyük ümidlər bəsləyir.

“Adamlar elə fikirləşə bilər ki, mən ailənin pullarının arxasınca qaçıram, lakin bu belə deyil”, – Kiprono belə söyləyir. Feliksin sözlərinə görə, onu yalnız əsl sevgi maraqlandırır. Maliya ilə 2008-ci ildən maraqlandığını söyləyən hüquqşünas, həmin vaxtdan qıza sadiq qalacağına and içdiyini və heç kimlə görüşmədiyini deyir.

Toydan sonra keniyalı öz həyat yoldaşı ilə sadə ömür sürməyi planlaşdırır. “Mən Maliyaya bütün keniyalı qadınların bildiklərini, inək sağmağı, qarğıdalı sıyığı və ənnənəvi Keniya içkisi olan mursik hazırlamağı öyrədəcəm”.

Barak və Mişel Obamaların böyük qızı, 16 yaşlı Maliya prezidentlərdən Klinton, Nikson və Teodor Ruzveltin uşaqlarının oxuduqları Sidwell Friends School məktəbində təhsil alır. O, idman və rəqslə məşğul olur, futbol oynamağı sevir.


Buna da baxın

12 saatda bağırsaqlardakı bütün qurdları tökən KÜR

Whatsapp ilə Paylaş Portağal qabığının səhiyyə baxımından faydaları çox az bilinir. Portağal qabığında olan C …