Əsas səhifə / Manşet / Ketçapın hazırlanması qaydası
Bizi mobildən daha sürətli  izləyin

Ketçapın hazırlanması qaydası

kk

Hazır aldığınız ketçapı artıq ev şəraitində hazırlaya bilərsiniz.

Bu çox əziyyətli iş olmaması ilə yanaşı, çox ləzzətlidir. Ailəniz üçün ən təbiisini seçim etmək istəyirsinizsə, siz də Qadınklubu.com-un təqdim etdiyi resepdən istifadə edərək evdə ketçapı özünüz hazırlaya bilərsiniz.

Tərkibi:

  • 1 kq pomidor
  • 2 ədəd qırmızı bibər
  • 1 ədəd quru soğan
  • 2 diş sarımsaq
  • 1 yemək qaşığı şəkər
  • 2 yemək qaşığı alma sirkəsi
  • 2 yemək qaşığı zeytun yağı

Ədviyyatlar

  • 10 ədəd dənə qara bibər
  • 1 çay qaşığı keşniş toxumu
  • 4 ədəd mixək
  • 1 ədəd dəfnə yarpağı
  • 1 çay qaşığı dəniz duzu
  • 1 çay qaşığı toz qara bibər
  • 1 çay qaşığı

Hazırlanması:

  1. Pomidorları və bibəri (nüvələrini çıxarıb) xırda-xırda doğrayın.
  2. Qazana qoyub suyunu çəkənə qədər təxminən 1 saat qaynadın.
  3. Pomidor qaynayarkən, soğan və sarımsağı incə-incə doğrayın .
  4. Bir tavaya zeytun yağını qoyun. Soğan və sarımsağı 2 dəq. qovurun.
  5. Bütün ədviyyatları tavaya əlavə edin və soğanla birlikdə 2 dk. daha qovurun.
  6. Tavadakı bu vəsaiti, pomidora əlavə edin. Şəkər və sirkəni əlavə 5 dk. qaynadın.
  7. Daha sonra bir süzgəcə alıb süzün.
  8. Ortaya çıxan sousu 10 dəqiqə də suyunu çəkməsi üçün qaynadın və daha əvvəldən dezinfeksiya edilmiş qablara qoyun.
  9. Sərin bir yerdə mühafizə edin.

Nuş olsun.

Buna da baxın

Arıqladan ədviyyat qarışıqları

Whatsapp ilə PaylaşArıqladan ədviyyat qarışıqları Yeməklərinizdən əlavə ədviyyat qarışıqları ilə maddələr mübadilənizi sürətləndirə və daha …