Əsas səhifə / Manşet / Keyfiyyətli ət almaqda çətinlik çəkirsiz? – Məsləhət
Bizi mobildən daha sürətli  izləyin

Keyfiyyətli ət almaqda çətinlik çəkirsiz? – Məsləhət

gh

Qida rasionumuzda istifadə etdiyimiz ətin bəzən keyfiyyəli və ya təzə olub olmamasını bilməkdə çətinlik çəkirik.

Keyfiyyətli və təzə ət almaq üçün bir neçə qayda var.

Qadınklubu.com saglamolun.az-a istinadən bir neçə məsləhəti təqim edir:

1. Cavan heyvanın əti daha dadlı olur.

2. Yalnız təzə ət alın.

Belə ət daha dadlı və faydalıdır, onun tərkibində olan bütün faydalı maddələr saxlanılır.
Dondurulmuş ət almayın – onun keyfiyyətli olub-olmadığını təyin etmək çətindir. Bundan əlavə dondurulmuş ət öz faydalı xüsusiyyətlərini qismən itirir.

3. Əti tanış, etibar qazanmış satıcılardan alın.

4. İlk növbədə ətin rənginə fikir vermək lazımdır.

Yaxşı mal əti açıq qırmızı rəngdədir. Yaxşı qoyun əti mal ətindən bir az tünd olur. Ətin rəngi tünd qırmızıdırsa, bu o deməkdir ki, heyvan qoca olub. Belə ətin dadı yaxşı olmur.

5. Ətin piyinə də fikir verin.

Yaxşı mal ətinin piyi ağ rəngdə, qoyun ətinin krem rəngində olmalıdır. Qoca heyvanların piyi tünd sarı rəngdə olur.

6. Ətə əl vurun.

Ət çox yumşaq, boş olmamalıdır, elastik olmalıdır.

7. Əti barmaqlarınızla sıxın.

Əmələ gələn batıq dərhal düzəlməlidir.

8. Yaxşı ət quru olur, əllərə yapışmır, selikli olmur.

9. Ətin xoş iyi olmalıdır.

Əlavə iylərin olması (turş və s.) yolverilməzdir.

Buna da baxın

Xırda küftəli və balqabaqlı şorba

Whatsapp ilə Paylaş Lazım olan ərzaqlar: Mal əti (kürək hissəsi) – 250 q Balqabaq – 300 …