Əsas səhifə / Əsas menu / Gözəllik / Kiçik gözləri daha böyük göstərən makiyaj
Bizi mobildən daha sürətli  izləyin

Kiçik gözləri daha böyük göstərən makiyaj

Kiçik gözləri daha böyük göstərən  makiyaj

Makiyaj hər bir qadının əvəzedilməzidir. Makiyajla üz cizgilərini bir qədər daha qabardaraq daha gözəl görünüş əldə etmək mümkündür. Amma  ən önəmlisi üz quruluşuna uyğun makiyajdır.  Əgər üz cizgilərinə uyğun br makiyaj seçilməzsə,  olduğunuzdan daha yaşlı və ya əksinə bəyənmədiyiniz nöqələri örtmək yerinə daha da qabarda bilərsiniz. Belə ki, bəzi xanımlar kiçik gözlü olduqlarında şikayətlənirlər.  Kiçik gözlü olanlar düzgün makiyaj tətbiq etməklə daha iri gözlərə müvəffəq ola bilərlər. Əgər necə bir makiyaj edək deyə düşünürsünüzsə, qadinklubu.com sizlərə təqdim etdiyi qaydalardan istifadə edə bilərsiniz. Bu makiyajla daha cazibədar və iri gözlərə sahib ola bilərsiniz.

Layner: Gözün üst qisminə incə bir layner çəkin.

Açıq Rənglər: Gözlərinizin daha böyük görünməsi üçün açıq rəngli göz kölgəsi istifadə edə bilərsiniz. Bu üsul eyni zamanda sabahlar yorğun göründüyünüzdə də  sizi oyaq və daha gümrah göstərir. Göz qapaqlarınıza tünd rənglər tətbiq etməyin.

Gözlərinizin xarici künclərinə tünd rəng: Gözlərinizi daha böyük görünməsi  üçün bir digər ipucu isə gözlərinin xarici künclərinə tünd rənglər tətbiq etməkdir.

Çərçivələyin: Alt və üst kirpik xətti boyunca qələm ya da eyeliner istifadə edin. Bu üsul gözlərinizin daha iri görünməsini təmin edər. Yalnız diqqət yetirməniz lazım olan; alt qisimdə yalnız gözlərinizin içinə deyil xaricinə  qələm çəkməli olduğunuzu  unutmayın.

Ağ Göz Qələmi: Gözlərinizin içinə ağ göz qələm çəksəniz gözlərinizi həm daha parlaq,  həm də daha böyük göstərə bilərsiniz. Ən asan və ən təsirli yollardan biridir bu.

Qıvrım və Dolğun Kirpiklər: Dolğun və qıvrım kirpiklər gözlərinizi daha böyük göstərmənizi köməkçi olur. Dolğunlaşdırıcı tuşla daha dolğun baxışlara sahib olacaqsınız. Alt kirpiklərinizə dolğunlaştıcı tuş çəkin. Üst kirpiklərinizi də tuşla dolğunlaşdırın.

Göz qapağının daxili qisminə qara qələm   çəkməyin. Bu gözləri daha da kiçik göstərəcəkdir.

 

 

 

Buna da baxın

Pəhriz saxlayıb arıqlamamağın səbəbi

Whatsapp ilə Paylaş Bəzi insanlar digərlərinə nisbətən çox yediyinə baxmayaraq çəkisi artmır. Bəziləri isə “su …