Əsas səhifə / Əsas menu / Sağlamlıq / Kif nə ilə təhlükəlidir?
Bizi mobildən daha sürətli  izləyin

Kif nə ilə təhlükəlidir?

hya

Evdə əmələ gələn kif estetik problemlər yaradır – qaralmış divarlar, tavan, kif iyi.

Lakin bu əsas problem deyil. Ən əsası budur ki, kif insanın sağlamlığına ciddi ziyan vurur.

Kif göbələklər tərəfindən əmələ gətirilir. Bu göbələk “kif göbələyi” adlandırılır. Kif göbələyi gün ərzində milyardlarla sporlar (mikroskopik hissəciklər) havaya buraxır. Sporlar dəriyə, nəfəsalma zamanı ağ ciyərlərə, qida qəbulu zamanı həzm sisteminə və s. düşür. Beləliklə, kif göbələyi bütün insanın orqanizm boyu yayılır və insanda “mikoz” (göbələk xəstəliyi) inkişaf edir.

Əgər insan uzun müddət ərzində kiflə təmasda olarsa, bu onun orqanizmində müxtəlif və çox ciddi pozulmalara səbəb ola bilər:

– Dəri xəstəlikləri

– Nəfəsalma sistemi xəstəlikləri (“səbəbsiz” öskürək, zökəm, sinusitlər, hətta astma və pnevmoniya kimi ağır xəstəliklər)

– Dayaq-hərəki apparatı xəstəlikləri (oynaq xəstəlikləri və s.)

– “Səbəbsiz” baş ağrıları, ürəkbulanması, başgicəllənməsi

– Qara ciyər və böyrək xəstəlikləri

– Onkoloji xəstəliklər.

İmmun sistemi zəif olan yaşlı insanlar və uşaqlar üçün kif xüsusilə təhlükəlidir.

Buna da baxın

12 saatda bağırsaqlardakı bütün qurdları tökən KÜR

Whatsapp ilə Paylaş Portağal qabığının səhiyyə baxımından faydaları çox az bilinir. Portağal qabığında olan C …